Dövlət Gömrük Komitəsinin Akademiyası 2022/2023-cü tədris ili üzrə akademik əməkdaşlığa dəvət edir
Dövlət Gömrük Komitəsinin Akademiyası bakalavriat səviyyəsində İqtisadiyyat, Beynəlxalq ticarət və logistika, Hüquqşünaslıq, İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları ixtisasları üzrə beynəlxalq standartlar əsasında müasir tələblərə cavab verən peşəkar mütəxəssislər hazırlayır. Cari tədris ili üçün keçirilən qəbul imtahanlarının nəticələrinə görə, Akademiyada bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığı aparılan 7 ixtisasdan 5-də ölkə üzrə ən yüksək keçid balları Akademiyaya məxsusdur. Akademiyanın tələbələri beynəlxalq mübadilə proqramlarında iştirak edir, respublika səviyyəli konfranslarda və yarışlarda uğurlu nəticələr əldə edir, mütəmadi olaraq tələbə konfransları və sosial fəaliyyətlər təşkil edirlər.
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2022/2023-cü tədris ilindən etibarən bakalavriat səviyyəsində əlavə olaraq Beynəlxalq ticarət və logistika və İnformasiya texnologiyaları ixtisasları üzrə ingilis bölməsində də tədris həyata keçiriləcəkdir. Bu səbəblə,
ØBeynəlxalq ticarət və logistika ixtisasının əsas istiqamətləri (ümumi iqtisadiyyat, sahibkarlıq və biznes, logistika, menecment, statistika və ekonometrika, beynəlxalq iqtisadiyyat, ticarət və biznes)
Øİnformasiya texnologiyaları ixtisasının əsas istiqamətləri (proqramlaşdırma dilləri, informasiya təhlükəsizliyi, verilənlərin strukturu və alqoritmlər, veb sistemləri və texnologiyaları, kompüter qrafikası, kompüter arxitekturası, əməliyyat sistemləri, multimedia texnologiyaları, alqoritmlərin analizi və layihələndirilməsi)
və
Øümumi fənlər (ali riyaziyyat, sosiologiya, politologiya və s.)
üzrə müəllimləri əməkdaşlığa dəvət edirik.
Beynəlxalq təcrübə, xarici dil (akademik səviyyədə) və e-təhsil bacarıqlarına sahib olan mütəxəssislərə üstünlük veriləcəkdir.
Əməkdaşlıq etmək istəyənlərin akademik CV məlumatlarını 31 iyul 2022-ci il tarixinə qədər info@ascca.edu.az e-poçt ünvanına göndərmələri xahiş olunur.