Baş səhifə
Elanlar
Dövlət Gömrük Komitəsinin Akademiyası təkrar ali təhsil almaq istəyən şəxslər üçün bakalavriat səviyyəsi üzrə sənəd qəbulu elan edir.
Dövlət Gömrük Komitəsinin Akademiyası təkrar ali təhsil almaq istəyən şəxslər üçün bakalavriat səviyyəsi üzrə sənəd qəbulu elan edir.
25.06.2023 09:08Dövlət Gömrük Komitəsinin Akademiyası 2023/2024-cü tədris ilində təkrar ali təhsil almaq istəyən şəxslər üçün aşağıdakı ixtisaslar (bakalavriat səviyyəsi) üzrə sənəd qəbulu elan edir:
Sıra №-si | İxtisasın (proqramın) şifri | İxtisasın (proqramın) adı |
1. | 050206 | Hüquqşünaslıq (yalnız gömrük əməkdaşları üçün) |
2. | 050401 | Beynəlxalq ticarət və logistika |
- Akademiyada təkrar ali təhsil yalnız ödənişli əsaslarla qiyabi formada həyata keçirilir;
- Təkrar ali təhsil üçün müraciət etmiş şəxslərin müvafiq ixtisaslara qəbulu Akademiya tərəfindən müəyyən edilmiş qaydada müsabiqə yolu ilə aparılır;
- Müsabiqədən uğurla keçənlər müqavilə yolu ilə müvafiq təkrar ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər;
- Hər bir ixtisas üzrə təhsil haqqı Akademiya tərəfindən müəyyən edilir və müqavilədə nəzərdə tutulan qaydada ödənilir.
Sənəd qəbulu 2023-cü il iyun ayının 25-dən avqust ayının 31-dək aparılacaqdır.
Sənədlərin qəbulu https://portal.edu.az/ portalı vasitəsilə həyata keçirilir. Təkrar ali təhsil almaq üçün müraciət edəcək şəxslər öncə portal.edu.az səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatla bağlı əlavə məlumatı buradan ala bilərsiniz.
İlkin mərhələdə portala aşağıdakı sənədlər yüklənilməlidir:
· Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
· 3×4 sm ölçüdə fotoşəkil;
· Şəxsiyyət vəsiqəsinin surəti;
· İş vəsiqəsinin surəti (gömrük əməkdaşları üçün).
Qeyd: Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.
Əlaqə məlumatları:
Telefon: (994 12) 404 12 00 (daxili nömrə: 3306; 3338)
E-poçt: elave.tehsil@ascca.edu.az