Baş səhifə
Akademik əməkdaşlıq
Akademik əməkdaşlıq
DGKA-nın beynəlxalq akademik əməkdaşlığının başlıca məqsədi qarşılıqlı faydalı tərəfdaşlıqların və əlaqələrin yaradılması və genişləndirilməsidir. Xarici əlaqələrin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Xarici ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıqlar
- Beynəlxalq və Avropa İttifaqı akademik mübadilə proqramları
- Digər beynəlxalq strukturlarla (təşkilatlar, şəbəkələr, birliklər və s.) akademik əməkdaşlıq
Akademiya aşağıdakı beynəlxalq akademik strukturlarla müxtəlif formalarda tərəfdaşlıq edir:
- Ümumdünya Gömrük Təşkilatı (ÜGT), Gömrükdə Akademik Tədqiqatlar və İnkişaf üçün Tərəfdaşlıq (PICARD) proqramı
- Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi (INCU)
- Gömrük və əlaqədar sahələrdə xarici elmi tədqiqat jurnalları (yeni prioritet sahədir), xüsusilə, ÜGT Jurnalı