Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin nəzərinə!
28.08.2024 10:14Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin qeydiyyatı onlayn qaydada həyata keçiriləcəkdir.
Tələbə adını qazanmış şəxslər 2024-cü il 28 avqust saat 11:00-dan 6 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.
Qeydiyyat zamanı aşağıdakı sənədlərin elektron surətləri platformaya yüklənməlidir:
İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (oğlanlar üçün);
Təhsil haqqının ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün).
Müəyyən olunmuş müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və DİM tərəfindən onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir!
Qeydiyyatdan sonra abituriyentlər Akademiyaya dəvət olunduqları vaxt aşağıdakı sənədləri təqdim etməlidirlər:
Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
Tam orta təhsil haqqında sənəd (attestat);
3x4 ölçüdə 4 ədəd fotoşəkil (ağ fonda);
İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin əsli və surəti (oğlanlar üçün);
Təhsil haqqının ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün);
Sağlamlıq haqqında arayış (forma 86);
Tərcümeyi hal (Akademiyada təqdim olunan blankda doldurulacaq).
Qeyd: Təhsil haqqı ödənişindən azad olunan xüsusi statuslu (məcburi köçkün, şəhid ailəsinin üzvü və s.) abituriyentlər göstərilən sənədlərdən başqa, statusu ilə bağlı əlavə sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini də həm 𝐩𝐥𝐚𝐭𝐟𝐨𝐫𝐦𝐚𝐲𝐚 (𝐩𝐨𝐫𝐭𝐚𝐥.𝐞𝐝𝐮.𝐚𝐳) yükləməli, həm də Akademiyaya təqdim etməlidirlər.
Əlaqə üçün:
E-poçt: tedris@ascca.edu.az
Telefon: (012) 404-12-00 (dax. 3306)