30.06.2022 17:40 1747
DGKA-nın tələbələri üçün Şanxay Gömrük Kollecinin beynəlxalq proqramında iştirak imkanı

  Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyasının tədris qurumu və Ümumdünya Gömrük Təşkilatının Asiya-Sakit Okean region ölkələrində Regional Təlim Mərkəzi olan Şanxay Gömrük Kolleci (ŞGK) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə ikitərəfli əməkdaşlıq çərçivəsində DGKA tələbələrini 1 semestrlik (sentyabr-dekabr 2022) beynəlxalq onlayn kursda və mübadilə proqramında iştiraka dəvət edir. Beynəlxalq onlayn kurs gömrük işi sahəsində təşkil edilən 30 kreditlik mübadilə proqramıdır. Proqrama 5 kurs (5 icbari kurs, 3 seçmə kurs) daxildir, lakin onlardan bəziləri proqram başlanmazdan əvvəl (sentyabr ayında) dəyişdirilə bilər:   Ümumi fənlər (icbaridir): -          Mədəniyyətlərarası biznes ünsiyyəti -          Çin dilində elementar danışıq Əsas fənlər (icbaridir): -          Tarif texnologiyaları -          Çinin gömrük idarəetməsi -          Beynəlxalq gömrük idarəetməsi Seçmə fənlər (hər tələbə yalnız 1 fənn seçə bilər): -          İqtisadiyyatın prinsipləri -          Sərhədlərarası elekton ticarət hüququ -          Müasir logistika   Proqramda iştirak üçün 25 DGKA tələbəsi seçiləcəkdir. Müraciət etmək istəyən, bakalavriat və magistratura pillələrində təhsil alan, ingilis dili üzrə minimum B1 səviyyəsinə malik olan (bunu təsdiq edən sənəd məcburi deyil, arzuolunandır) DGKA tələbələri özləri haqqında məlumatı (ad, soyad, e-mail adresi, ixtisas, təhsil pilləsi, şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun skan edilmiş nüsxəsi və ya fotoşəkli, 1 ədəd pasport fotoşəkli) 06 iyul saat 18:00-a kimi aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər: international@ascca.edu.az Tələbələrin seçilməsi prosesi DGKA tərəfindən aparılır.

22.04.2022 13:47 354
VII International European Conference on socıal science

Dear scientists, researchers, graduate students,The positive effects of interdisciplinary academic studies on each other make it necessary to work together. Multidisciplinary social sciences studies do not only facilitate the work by dividing the work into parts, but also emerge as a factor that triggers innovation and merit. We invite you to join our congress with your scientific studies that integrate different fields.​Fields of study / scope of the congressSocial Sciences, Humanities and Administrative SciencesEducational SciencesArchitecture, Planning and DesignGraduate ResearchesHistory, Literature, Linguistic, Sociaologyopen to all original studies written in the fields above​Participation Types- In person participation in Antalya with accommodation- Online participation via zoom​Congress VenueOur congress will be held at Amara Premier Palace Hotel (5 star luxury hotel) in Antalya (all inclusive)Participation types and fee information1- Virtual participation fee: 35 USD (includes online presentation, certificate, proceedings publishing)​2- In person participationIn person participation payment methodPlease send your Flight Ticket image (electronic tickets) until April 3, 2022, and pay the conference fee at the registration desk in Antalya(Includes 4 nights accommodation, 24 hours open buffet (breakfast, lunch, dinner), free usage of Turkish bath, swimming pool and other facilities, up 2 papers presentation, certificates, proceedings publishing, VIP transfer (airport to Hotel)​What Does Participation Service Include?You can submit 2 papers with a single paymentPublication of the abstract and full texts in the proceedings bookSeparate participation certificates for all authors (PDF document for online presentations)FOR MORE INFORMATION PLEASE VISIT WEB PAGEwww.iksadeurope.orgFor first 6 conferences' books please click on the linkwww.iksadeurope.org/congressbooks

22.04.2022 13:37 360
Mediterranean International Conference on Research in Applied Sciences

MediterraneanInternational Conference on Research in Applied SciencesApril 22-24, 2022 - Antalya, Turkey Amara Premier Palace Hotel (all inclusive package)online and in person participationhttps://www.izdas.org/mediterranean   Dear scientists, researchers, graduate students,The positive effects of interdisciplinary academic studies on each other make it necessary to work together. Multidisciplinary applied sciences studies do not only facilitate the work by dividing the work into parts, but also emerge as a factor that triggers innovation and merit. We invite you to join our congress with your scientific studies that integrate different fields.​ Conference web site: https://www.izdas.org/mediterranean Fields of study / scope of the congressPhysics, Mathematics, Chemistry, Natural and Environmental SciencesEngineering, Medical Sciences, Agriculture, Veterinaryopen to all original studies written in all applied sciences​Participation Types- In person participation in Antalya with accommodation- Online participation via zoom​Congress VenueOur congress will be held at Amara Premier Palace Hotel (5 star luxury hotel) in Antalya.Participation types and fee information1- Virtual participation fee: 35 USD (includes online presentation, certificate, proceedings publishing)​2- In person participationIn person participation payment methodPlease send your Flight Ticket image (electronic tickets) until April 3, 2022, and pay the conference fee at the registration desk in Antalya(Includes 4 nights accommodation, 24 hours open buffet (breakfast, lunch, dinner), free usage of Turkish bath, swimming pool and other facilities, up to 2 paper presentation, certificates, proceedings publishing, VIP transfer (airport to Hotel)​What Does Participation Service Include?You can submit 2 papers with a single paymentPublication of the abstract and full texts in the proceedings bookSeparate participation certificates for all authors (PDF document for online presentations)FOR MORE INFORMATION PLEASE VISIT WEB PAGEhttps://www.izdas.org/mediterranean

06.09.2021 23:22 4770
Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin nəzərinə!

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin qeydiyyatı onlayn qaydada həyata keçiriləcəkdir. Tələbə adını qazanmış şəxslər 2021-ci il sentyabrın 7-dən 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidirlər. Müəyyən olunmuş müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və DİM tərəfindən onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir! Qeydiyyatdan sonra abituriyentlər Akademiyaya dəvət olunduqları vaxt aşağıdakı sənədləri təqdim etməlidirlər: ·       Şəxsiyyət vəsiqəsinin əsli və surəti; ·       Tam orta təhsil haqqında sənəd (attestat); ·        3x4 ölçüdə 4 ədəd fotoşəkil (ağ fonda); ·       İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin əsli və surəti (oğlanlar üçün); ·       Təhsil haqqının ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün); ·       Sağlamlıq haqqında arayış (forma 86); ·       Tərcümeyi hal (Akademiyada təqdim olunan blankda doldurulacaq).   Qeyd: Təhsil haqqı ödənişindən azad olunan xüsusi statuslu (məcburi köçkün, şəhid ailəsinin üzvü və s.) abituriyentlər göstərilən sənədlərdən başqa, statusu ilə bağlı əlavə sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini  də təqdim etməlidirlər. Ən çox verilən suallar Əlaqə üçün: e-mail: tedris@ascca.edu.az telefon: (012) 404-12-00 (dax. 3306)

14.07.2021 09:12 1273
Dövlət Gömrük Komitəsinin Akademiyasının magistratura səviyyəsinə qəbul olmuş bakalavrların diqqətinə!

Akademiyanın magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Qeydiyyat 2021-ci il iyulun 13-dən 22‑dək davam edəcəkdir. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər. Qeydiyyat üçün təlimat: https://edu.gov.az/uploads/news/07/telimat.pdf Ən çox verilən suallar:  https://drive.google.com/file/d/19FXunZuYmES6lid6BQoP6Q0hVu5mv1LC/view   Sonrakı mərhələdə qeydiyyatdan keçmiş tələbələr aşağıdakı sənədləri Akademiyaya təhvil verməlidirlər: ·       Şəxsiyyət vəsiqəsinin surəti; ·       Təhsil haqqında sənəd – diplomun və diploma əlavənin notarial təsdiqli surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər); cari ilin məzunları üçün universiteti bitirdikləri haqqında arayış. ·       4 ədəd 3x4 ölçüdə foto şəkil (ağ fonda); ·       İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (oğlanlar üçün); ·       Təhsil haqqında ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün). Əlaqə üçün e-mail: tedris@ascca.edu.az telefon: (012) 404-12-00