Baş səhifə
Elmi işlər üzrə rəis müavini
Elmi işlər üzrə rəis müavini
Cəmilə Namazova Bayramali qızı
Gömrük xidməti polkovnik-leytenantı
Prof. Cəmilə Bayramali qızı Namazova 1961 ildə anadan olmuş, 1979 ildə Bakida 39 sayli orta məktəbi əla qiymətlərlə bitirmiş vəBakida D.B. adinaq Azərbaycan Xalq Təsərrufati İnstitutuna qəbul olunmusdur.
1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Uçot-iqtisad” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1987-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində 08.00.12 şifrəli “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.
1988-ci ildə D. Büntadzadə adına AXTİ-nin “Təsərrüfat fəaliyyətinin təhlili” kafedrasına baş laborant vəzifəsinə qəbul olunmuş, 1988-ci ilin sentyabr ayından müəllim, 1993-cü ildən baş müəllim, 1995-ci ildən isə dosent vəzifələrinə çalışmışdır.
1996-cı ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı almışdır.
2006-ci ildən 2011-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi təhlil” və “Audit” kafedrasının müdiri vəzifəsində işləmişdir.
C.B. Namazova “Təsərrüfat fəaliyyətinin iqtisadi təhlili”, “İqtisadi təhlilin nəzəriyyəsi”, “Bazar iqtisadiyyatı şəraitində elmi-texniki tərəqqinin səmərəliliyinin təhlili”, “Xarici iqtisadi fəaliyyətin təhlili”, “Funksional dəyərli təhlil”, “Perspektiv təhlil”, “İqtisadi təhlil”, “İdarəetmə təhlil”, “Maliyyə iqtisadi təhlil”, “Praktiki audit”, “Audit” fənləri üzrə mühazirə dərsləri aparmış, bakalavr və magistr təhsil pillələrində təhsil alan tələbələrə mühazirələr oxumuş, kurs işlərinə, buraxılış işlərinə və magistr dissertasiyalarına rəhbərlik etmişdir.
2011-ci ildə doktorluq dissertasiya işini müdafiə edərək 08.00.10 “Maliyyə, pul tədavülü və kredit”; 08.00.12 “Mühasibat uçotu, statistika” ixtisasları üzrə iqtisad elmləri doktoru alimlik dərəcəsi elmi adına almışdır.
2014-cü ilin mart ayından “İqtisad təhlil və audit” kafedrasının professoru vəzifəsində çalışır.
prof. C.B. Namazova uzun müddət Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Kooperasiya Universitetlərinin birləşdirilmiş Daimi Dissertasiya Şurasının üzvü olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı və Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qərarı ilə yaradılmış İqtisadiyyat Problemləri üzrə Elmi Şuranın üzvüdur. UNEC-in nəzdində fəaliyyət göstərən Elmi Metodik Şuranın üzvüdür.
C.B. Namazova “Mühasibat uçotu və audit” kafedrasında 0.5 stat vəzifəsində elmi fəaliyyətini davam etdirir.
O, 190 çap vərəqi həcmində 100-ə yaxın elmi əsərin, o cümlədən 9 metodik göstərişin, 12 tədris proqramının, 3 monoqrafiya, 4 dərs vəsaiti və 4 dərsliyin müəllifidir. Bir neçə elmi əsəri xarici ölkələrdə nəşr edilmişdir. Respublika və Beynəlxalq Elmi Praktik Konfranslarda elmi məruzələri dinlənilmiş, məqalələr toplusunda tezisləri çap olunmuşdur.
Azərbaycan Respublikası Auditorlar Palatasının “Fəxri üzvü” statusuna layiq görülmüşdür.
İ.E.D. Professor Cemile Bayramali qızı Namazova hal-hazirda Azerbaycan Dovlet Gomruk Komitəsinin Akademiyasinda Elmi isler uzre Rəis müavini vezifəsində calisir.