Baş səhifə
Elanlar
DGKA-nın məzunlarının xidmətə qəbulu ilə əlaqədar müsabiqə keçiriləcək

DGKA-nın məzunlarının xidmətə qəbulu ilə əlaqədar müsabiqə keçiriləcək

19.08.2024 10:17

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunlarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrində mövcud olan vakant inspektor vəzifələri üzrə xidmətə qəbul ilə əlaqədar müsabiqə elan edilir.

Gömrük orqanlarına xidmətə qəbul olmaq üçün keçiriləcək müsabiqə iki mərhələdən-yazılı test imtahanı və söhbət (müsahibə) mərhələlərindən ibarətdir.

Müsabiqənin yazılı test imtahanı mərhələsi üçün sənədlərin qəbulu 20 avqust 2024-cü il saat 10:00-dan 10 sentyabr 2024-cü il saat 18:00-dək aparılacaq.

Namizədlər bu müddət ərzində Komitənin rəsmi internet saytına daxil olaraq “Komitə/Xidmətə qəbul/Müsabiqənin test imtahanı/Test imtahanına qeydiyyatla bağlı müraciət” bölməsinə daxil olmaqla müvafiq məlumat xanalarını doldurmalıdırlar.

Test imtahanının keçiriləcəyi yer və söhbət mərhələsi haqqında əlavə məlumat veriləcək.

Ətraflı aşağıdakı linkdən məlumat ala bilərsiniz 

(https://customs.gov.az/az/komite/xidmete-qebul)