Baş səhifə
Dövlət Gömrük Komitəsinin Akademiyasının Kitabxanası haqqında
Dövlət Gömrük Komitəsinin Akademiyasının Kitabxanası haqqında
Ümumi məlumat
Akademiyanın kitabxanası 2014-cü ildə daha öncədən fəaliyyət göstərmiş Tədris Mərkəzinin kitabxanasının bazasında yaradılmışdır.
Dövlət Gömrük Komitəsinin Akademiyasının Kitabxanası Azərbaycanın Dövlət Siyasətini rəhbər tutaraq Akademiyanın tədris prosesinə, elmi-tədqiqat və innovativ fəaliyyətinə uyğun olaraq fondunu ümumilikdə azərbaycan, rus, ingilis və türk dillərində kitab, dərslik, dərs vəsaiti, tədris proqramı, elmi jurnal və digər kitabxana informasiya resursları ilə formalaşdıraraq, onların mühafizəsini və istifadəsini təmin edir. Burada ənənəvi resurslarla yanaşı elektron resurslar, eləcədə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 150,000-dən çox elektron resursuna çıxış mümkündür. Kitabxananın elektron resurslarından oxucuların istifadəsini təmin etmək məqsədi ilə Calibre e-book management (elektron sənədlər üçün proqram təminatı) üzərində lokal elektron kitabxana yaradılaraq mövcud olan bütün elektron sənədlər həmin elektron kitabxanaya toplanmışdır.
Akademiyanın daxili şəbəkəsində EBSCO, JSTOR, HeinOnline Law Journal Library, ECONBIZ Open Source Virtual Library, ProQuest Business Package kimi İngilis, Rus, Türk, Fransız, Alman və s. dillərdə, müxtəlif sahələri əhatə edən milyonlarla elektron resursları olan, beynəlxalq nəşrlər bazasına çıxış təmin edilmişdir. Akademiyada bütün səviyyələrdə təhsil alanlar, professor-müəllim heyəti, Akademiyanın əməkdaşları Akademiyanın Kitabxanasının xidmətlərindən tam şəkildə istifadə edə bilir. Oxuculara xidmət həm oxucu formulyarları əsasında, həm də elektron olaraq həyata keçirilir. Kitabxana fondu haqqında ümumi məlumatları oxucular Kitabxananın Elektron kataloqu vasitəsi ilə əldə edə bilir.
Verilənlər bazaları, e-kitablar və jurnallar
|
|
|
| |
![]() | ||||
| İSTİFADƏ TƏLİMATI | |||
| ||||
| İstifadə təlimatı | |||
| ||||
| ||||
| ||||
| https://www.wdl.org/en/ | |||
| ||||
| ||||
| ||||
| ||||
| ||||
| http://ek.anl.az/search/query?theme=e-kataloq | |||
İnternet Arxivi | https://ilkaddimlar.com/uc/ | |||
Bakı Hüquq Jurnalı | https://www.aaa.org.az/publications/ | |||