Baş səhifə
Peşə kompetensiyaları
Peşə kompetensiyaları
İqtisadiyyat
Təhsil Proqramının sonunda məzun aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:
- İqtisadi nəzəriyyənin əsaslarını, müəssisə və fərd səviyyəsindəki davranışları, əsas sosial-iqtisadi göstəriciləri, problemləri və prosesləri bilmək; (PK-1)
- Fərqli rəqabət sistemlərindəki bazarların xüsusiyyətlərini, müxtəlif bazar tiplərində firmaların fəaliyyət mexanizmini, qarşılıqlı əlaqələrin fərqli senarilərini bilmək; (PK-2)
- Makroiqtisadi terminologiyanı tam şəkildə mənimsəmək, açıq iqtisadiyyatı təhlil edə bilmək və nəzəri modellərdən istifadə etməklə təkliflər irəli sürməyi bacarmaq; (PK-3)
- Riyazi üsullar, kəmiyyət və hesablama metodları üzrə bacarıqlara malik olmaq və bu üsul və metodlardan istifadə etməklə optimal qərarlar verə bilmək; (PK-4)
- İşində ümumi porifilli və ixtisaslaşdırılmış proqaram təminatından (Excel, Word, Power Point, Photoshop və ya analitikproqramlardan hər hansı biri ilə (SPSS, Stata, Python kimi proqramlarla) işləmək, sadə analizləri eməyi bacarmaq; (PK-5)
- İqtisadi məlumatların təhlili və sistemləşdirilməsi üçün statistik biliklərə sahib olmaq, kəmiyyət və keyfiyyət məlumatlarını toplamaq, təhlil etmək və proqnozlaşdırmanı bacarmaq; (PK-6)
- İqtisadi məsələlərin empirik tədqiqində ortaya çıxan problemləri həll etmək üçün ekonometrik metodologiyanı öyrənmək və tətbiq edə bilmək; (PK-7)
- İdarəetmə və təşkilatla bağlı baza biliklərə yiyələnmək, ixtisas üzrə məlumatları analitik və sistematik şəkildə təhlil edə bilmək; (PK-8)
- Mühasibatın elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərə sahib olmaq; (PK-9)
- Maliyyənin elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərə sahib olmaq; (PK-10)
- İqtisadiyyatı regional və sektorial olaraq təhlil etməyi bacarmaq, kənd təsərrüfatı, sənaye və xidmət sektorunun iqtisadi inkişafdakı rolunu və əhəmiyyətini bilmək, sahə üzrə yeni konseptləri şərh edə bilmək; (PK-11)
- Milli iqtisadiyyatın makroiqtisadi mənzərəsini, sosial-iqtisadi göstəricilərin dinamikasını; iqtisadi siyasətin əsas konturlarını bilmək, sektorial təhlil aparmağı bacarmaq; (PK-12)
- Marketinq fəaliyyətinin elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərinə sahib olmaq; (PK-13)
- İdarəetmədəki və təşkilatdakı mövcud problemləri qavrama və həlli yollarını təklif etmək ilə bağlı biliklərə sahib olmaq; (PK-14)
- Biznesin idarə edilməsi üzrə müvafiq fəaliyyət və metodları təklif etmək və planlasdırmaq, onların qısa və uzunmüddətli nəticələrini təhlil etmə bacarığına sahib olmaq; (PK-15)
- Karyera barədə ilkin anlayışları, karyera inkişaf fəaliyyətlərini, iş müsahibəsinə hazırlıq prosedurlarını və müsahibə texnikalarını bilmək, karyera yol xəritəsinin tərtib olunmasını və texnikaları, iradə, motivasiya və pozitiv düşüncə, işgüzar etika, iş axtarma strategiyaları, eləcə də iş üçün müraciət qaydalarını, peşəkar CV, rezume, istək və tövsiyə məktublarının hazırlanmasını bacarmaq; (PK-16)
- Vaxtın effektiv idarə edilməsini, stres menecmentini, kreativ, tənqidi və analitik düşüncə formalarını bilmək, problem həll etmə və qərarvermə texnikalarına, natiqlik bacarıqlarına sahib olmaq, eləcə də komanda işinin qurulmasını bilmək və liderlik prinsiplərinə yiyələnmək; (PK-17)
- Layihələrin idarə edilməsində və digər çox istifadə olunan proqram təminatlarından istifadəni bacarmaq, iş həyatında şifahi və yazılı kommunikasiya vasitələrindən istifadə etməyi bacarmaq; (PK-18)
- İqtisadi modelləşdirmə sahəsində baza biliklərinə malik olmaq və onlardan istifadə etməyi bacarmaq; (PK-19)
- İqtisadi siyasətin məqsədləri və alətləri ilə əlaqəli anlayışları dərindən başa düşmək, fiskal, monetar və məzənnə siyasəti üzrə bilikləri və bunun iqtisadi siyasət məsələlərinə necə tətbiq edildiyini bilmək, böhran dövründə iqtisadiyyatın tənzimlənməsi alətlərindən istifadə etməyi bacarmaq; (PK-20)
- Iqtisadiyyatda dövlət sektorunun rolu, sosial sahələr üzrə dövlət siyasətinin əsaslarına, inklüziv sosial-iqtisadi siyasət üzrə baza biliklərə malik olmaq, bu siyasət istiqamətində fəaliyyətlərin müəyyənləşdirilmiş qurumlar və qaydalar çərçivəsində tənzimlənməsinin, institusional yanaşmanın əhəmiyyətini dərk etmək; (PK-21)
- İqtisadi təhlil, makroiqtisadi diaqnostika sahəsi üzrə baza biliklərə sahib olmaq və təhlil etməyi bacarmaq; (PK-22)
- Əmək bazarının fəaliyyətini və ona xas olan elementləri təhlil edə bilmək; (PK-23)
- İqtisadi inkişafın ən vacib nəzəriyyələrini mənimsəmək, faktları və bu istiqamətdə mövcud iqtisadi siyasi baxışları təhlil edə bilmək; (PK-24)
- Beynəlxalq iqtisadiyyat, milli iqtisadiyyatların beynəlxalq iqtisadiyyatdakı rolu, müxtəlif milli iqtisadiyyatların arasındakı qarşılıqlı münasibətlər, onların təkamülü və nəticələri haqqında biliklərə sahib olmaq. Müxtəlif ölkələrin iqtisadiyyatını müqayisəli şəkildə təhlil etməyi bacarmaq; (PK-25)
- Beynəlxalq iqtisadiyyat, beynəlxalq ticarət, beynəlxalq biznes, tədiyə balansı və beynəlxalq maliyyə ilə bağlı anlayışları bilmək; (PK-26)
- İqtisadiyyatla bağlı normativ hüquqi sənədlərdən istifadə etməyi bacarmaq; (PK-27)
- Riyazi, statistik və ekonometrik modellərdən və qrafiklərdən istifadə edtməklə məlumatları, ideyaları, problemləri və onların həll yollarını qısa və aydın şəkildə təqdim etməyi bacarmaq; (PK-28)
- İqtisadi məlumatların işlənməsi üçün instrumental vasitələri seçmək, hesabatların yekunlarını təhlil etmək və alınmış nəticələrdən istifadə etməyi bacarmaq; (PK-29)
- Müəssisələrin maliyyə - mühasibat hesabatlarını anlamaq; (PK-30)
- İdarəetmə qərarlarının, sosial-iqtisadi effektivliyi, riskləri və mümkün nəticələri nəzərə almaqla, onun təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq və əsaslandırmağı bacarmaq; (PK-31)
- İnkişaf iqtisadiyyatının ortaya çıxma zərurətini bilmək, məsələnin mikro və makro səviyyəli amillərini təhlil edə bilmək, ölkələri mövcud inkişaf kriteriyalarına görə kateqoriyalara ayırmaq və buna uyğun iqtisadi siyasət təkliflərini verə bilmək; (PK-32)
- İqtisadi məktəblərin fundamental konseptlərini başa düşmək və muasir fikir və yanaşmaları şərh edə bilmək, iqtisadi sistemləri müqayisəli təhlil etməyi bacarmaq; (PK-33)
- Təbii sərvətlərdən səmərəli istifadə, dayanıqlı inkişaf konsepsiyasının iqtisadi, sosial və ekoloji aspektləri, ətraf mühitlə bağlı fundamental nəzəriyyələri bilmək, dayanıqlı inkişafda ətraf mühitin rolunu əsaslandırmağı bacarmaq, ətraf mühitin mühafizəsi siyasətinin meyarlarını bilmək; (PK-34)
- İnsan davranışlarına təsir edən psixoloji faktorları bilmək, onları təhlil etmək və qəraralma prosesinə təsirini əsaslandırmağı bacarmaq; (PK-35)
- Muasir dövrdə biliyin ən önəmli istehsal vasitəsi olduğunu, onun əldə edilməsi, emalı və transformasiyası yollarını, innovasiyanın ortaya çıxmasını, yeni iqtisadiyyatın innovasiya mərkəzliliyini insan kapitalı ilə bağlı nəzəri bilikləri, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar tərəfindən hazırlanan insan kapitalı ilə bağlı hesabatları təhlil edə bilmək və bilik əsaslı iqtisadi siyasəti əsaslandırmağı bacarmaq; (PK-36)
- Dövlət və özəl sektor tərəfindən həyata keçirilən beynəlxalq iqtisadi münasibətlərdə optimal qərar qəbul etmək prossesi və metodlarını bilmək, iqtisadi diplomatiya yolu ilə bazar payını artırmaq və riskləri azaltmaq istiqamətində təkliflər hazırlamağı bacarmaq; (PK-37)