Baş səhifə
Tez-tez verilən suallar

Tez-tez verilən suallar

Bakalavriat səviyyəsi üzrə

 Akademiyaya kimlər qəbul ola bilər?

Akademiyaya bakalavriat səviyyəsinə tam orta təhsil pilləsini bitirmiş və müvafiq attestat almış Azərbaycan Respublikasının vətəndaşı olan oğlan və qız abituriyentlər qəbul ola bilərlər.

Akademiyaya necə qəbul ola bilərəm?

Akademiyaya qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən mərkəzləşdirilmiş qəbul imtahanları vasitəsilə aparılır. Qəbul üçün Akademiyadaxili xüsusi prosedur və ya öncədən sənəd qəbulu nəzərdə tutulmayıb.

Akademiyaya qəbul üçün xüsusi şərt varmı?

Dövlət Gömrük Komitəsinin Akademiyasına bakalavriat səviyyəsi üzrə imtahanlarda ixtisasdan asılı olmayaraq xarici dil seçimində yalnız ingilis dilini seçən fiziki sağlam abituriyentlər qəbul oluna bilər.

Rus bölməsindən məzun olan abituriyentlər Akademiyaya qəbul oluna bilərmi?

Dövlət İmtahan Mərkəzinin (DİM) qaydalarına görə rus bölməsindən məzun olan abituriyent ali məktəblərdə Azərbaycan bölməsi üzrə təhsil almaq istəyirsə, qəbulla bağlı müvafiq prosedurlarda Azərbaycan bölməsini seçməlidir və imtahanı Azərbaycan dilində verməlidir. Qəbul mexanizmi ilə bağlı daha ətraflı məlumat üçün DİM-ə müraciət etməyinizi tövsiyə edirik.

Akademiyada hansı ixtisaslar üzrə mütəxəssis hazırlanır?

Bakalavriat səviyyəsində Akademiyada aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlanır: 

I ixtisas qrupu üzrə - İnformasiya texnologiyaları (tədris ingilis dilində); İnformasiya təhlükəsizliyi (tədris Azərbaycan dilində)

II ixtisas qrupu üzrə - İqtisadiyyat (tədris Azərbaycan dilində); Beynəlxalq ticarət və logistika (tədris Azərbaycan və ingilis dillərində) 

III ixtisas qrupu üzrə - Hüquqşünaslıq (tədris Azərbaycan dilində) 

İxtisalar üzrə keçid balları neçədir?

Keçid balları ilə bağlı məlumatlar “Abituriyent” jurnalının müvafiq sayında dərc olunur.

Akademiyada tədris hansı dildə həyata keçirilir?

Akademiyada tədris dili, əsasən, Azərbaycan dilidir. 2022/2023-cü tədris ilindən etibarən İnformasiya texnologiyaları və Beynəlxalq ticarət və logistika ixtisasları üzrə ingilis dilli qruplara da qəbul aparılacaqdır.

Təhsil müddəti neçə ildir?

Akademiyada bakalavriat səviyyəsində təhsil müddəti 4 ildir.

Akademiyadan məzun olanlar hərbi xidmətdən azaddır?

Xeyr. Akademiyada təhsil almaq hərbi mükəlləfiyyətli oğlan tələbələri bu mükəlləfiyyətdən azad etmir.

Tələbələr yataqxana ilə təmin olunurlar?

Hazırda Akademiyada tələbə yataqxanası yoxdur.

Təhsil aldığım dövrdə mübadilə proqramlarında iştirak edə bilərəm?

Bəli. Tələbələrin beynəlxalq mübadilə və təqaüd proqramları ilə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaları Akademiya tərəfindən daim təşviq edilir və dəstəklənir. Akademiyanın nüfuzlu xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı nəticəsində müvafiq ixtisas sahələri üzrə tələbə mübadilələri həyata keçirilir.

Bütün məzunlar gömrük orqanlarında işlə təmin olunurlar?

Akademiyanın bütün məzunları işlə təmin etmə öhdəliyi yoxdur. Akademik və digər göstəricilərinə görə xüsusi fərqlənən məzunlara iş təklif oluna bilər. Ümumiyyətlə, gömrük xidməti orqanlarında işə qəbul zamanı Akademiyanın məzunlarına üstünlük verilir. 

Magistratura səviyyəsi üzrə

 Akademiyaya necə qəbul ola bilərəm?

Akademiyaya qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən mərkəzləşdirilmiş qəbul imtahanları vasitəsilə aparılır. Qəbul üçün Akademiyadaxili xüsusi prosedur və ya öncədən sənəd qəbulu nəzərdə tutulmayıb.

Magistratura səviyyəsində hansı ixtisaslar üzrə mütəxəssis hazırlanır?

Akademiyada aşağıdakı ixtisaslaşmalar üzrə mütəxəssis hazırlanır:

Dünya iqtisadiyyatı ixtisasının Gömrük işi ixtisaslaşması

Hüquqşünaslıq ixtisasının Beynəlxalq iqtisadi hüquq ixtisaslaşması

Tədris Azərbaycan dilində həyata keçirilir.

Hansı bakalavriat ixtisaslarından məzun olanlar Akademiyaya qəbul oluna bilər?

Magistratura səviyyəsinin ixtisaslaşma seçimində müxtəlif bakalavr ixtisaslarından məzun olanların hansı magistr ixtisas və ixtisaslaşmalarını seçə bilməsi ilə bağlı qaydalar DİM tərəfindən tənzimlənir. Bu məsələ ilə bağlı hər il "Magistr" jurnalının müvafiq sayında məlumat cədvəl formasında nəşr olunur.

Təhsil müddəti neçə ildir?

Akademiyada magistratura səviyyəsində təhsil müddəti 2 ildir.

Tədris günün hansı saatlarında təşkil olunur?

Magistratura səviyyəsində tədris axşam saatlarında (18:30 – 21:20) təşkil olunur.

Təhsil aldığım dövrdə mübadilə proqramlarında iştirak edə bilərəm?

Bəli. Tələbələrin beynəlxalq mübadilə və təqaüd proqramları ilə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaları Akademiya tərəfindən daim təşviq edilir və dəstəklənir. Akademiyanın nüfuzlu xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı nəticəsində müvafiq ixtisas sahələri üzrə tələbə mübadilələri həyata keçirilir.

Bütün məzunlar gömrük orqanlarında işlə təmin olunurlar?

Akademiyanın bütün məzunları işlə təmin etmə öhdəliyi yoxdur. Akademik və digər göstəricilərinə görə xüsusi fərqlənən məzunlara iş təklif oluna bilər. Ümumiyyətlə, gömrük xidməti orqanlarında işə qəbul zamanı Akademiyanın məzunlarına üstünlük verilir. 

  Təkrar (ikinci) ali təhsil istiqaməti üzrə

 

 Kimlər təkrar ali təhsil üçün müraciət edə bilər?

İstənilən ixtisas üzrə ali təhsili olanlar təkrar ali təhsil ala bilərlər.

Akademiyada hansı ixtisaslar üzrə təkrar ali təhsil verilir?

Hazırda Akademiyada əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə Hüquqşünaslıq və Beynəlxalq ticarət və logistika ixtisaslarına tələbə qəbulu aparılır. Hüquqşünaslıq ixtisası üzrə sadəcə ali təhsilli gömrük əməkdaşları qəbul üçün müraciət edə bilərlər. Beynəlxalq ticarət və logistika ixtisasına isə ali təhsilli hər kəs müraciət edə bilər.

Təkrar ali təhsil üzrə qəbul proseduru necədir?

Qəbul prosesi əsasən avqust-sentyabr aylarında həyata keçirilir (bu haqda Akademiyanın rəsmi internet səhifəsində elan verilir). Tələbələr Akademiyaya daxili müsabiqə yolu ilə qəbul olunurlar. Müsabiqənin şərtləri və lazım olan sənədlər hər il qəbul vaxtı elan olunur.

Təkrar ali təhsil üzrə tədris hansı formada həyata keçirilir?

Təkrar ali təhsil istiqaməti üzrə tədris qiyabi təhsilalma formasında həyata keçirilir. Müvafiq tədris ilinin yanvar və iyun aylarında 4 həftəlik nəzəri təlim və 1 həftəlik imtahan sessiyası olmaqla 5 həftəlik semestrlər təşkil olunur.

Təhsil müddəti neçə ildir?

Akademiyada təkrar ali təhsil müddəti 4 ildir.

Dövlət sifarişi əsasında təkrar ali təhsil almaq olarmı?

Xeyr. Müvafiq qanunvericiliyə görə, təkrar ali təhsil yalnız ödənişli əsaslarla təşkil olunur.

Təhsil haqqı nə qədərdir?

İxtisaslar üzrə təhsil haqqı hər il qəbul prosesindən qabaq müəyyən edilir