Baş səhifə
Ümumi məlumat
Ümumi məlumat
2019-cu ildə DGKA ilə Türk Standartları İnstitutu (TSE) arasında Akademiyada beynəlxalq standartlar sisteminin qurulması, beynəlxalq təhsil məkanına inteqrasiya, təhsil sahəsində beynəlxalq layihələrə qoşulma, təhsilin keyfiyyəti, əməyin mühafizəsi, təhlükəsizlik texnikasının təmin olunması sahələrində fəaliyyətin ISO (International Organization for Standardization) standartlarının tələblərinə uyğun səviyyədə təşkil olunması məqsədilə müqavilə imzalanıb. Müqavilə çərçivəsində Akademiyada Beynəlxalq Standartlar Sisteminin tətbiqi, təhsilin və idarəetmənin ISO standartlarının tələblərinə uyğun səviyyədə təşkil edilməsi məqsədilə struktur bölmələrin əməkdaşları üçün təlimlər keçirilib.
Türk Standartları İnstitutunun baş katibinin müşaviri, TS EN ISO 9001 - Keyfiyyəti İdarəetmə Sistemi üzrə baş auditor Arif Qani tərəfindən aparılan təlimləri uğurla başa vuran Akademiya əməkdaşlarına müvafiq sertifikatlar verilib.
Türk Standartları İnstitutu tərəfindən 2021-ci ilin yanvar ayında bütün strukturlarda aparılan audit nəticəsində Akademiyanın "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq standartın tələblərini tam olaraq ödədiyi müəyyən edilib və prosesin yekununda Dövlət Gömrük Komitəsinin Akademiyası "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq TS EN ISO 9001:2015 sertifikatına layiq görülüb.
2021-ci ildə Dövlət Gömrük Komitəsinin Akademiyasında əməyin mühafizəsi, təhlükəsizlik texnikasının təmin olunması sahələrində fəaliyyətin ISO (International Organization for Standardization) standartlarının tələblərinə uyğun səviyyədə təşkil olunması məqsədilə növbəti TSE-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu tərəfindən ISO 45001:2018 standartı üzrə “Peşə sağlamlığı və əməyin təhlükəsizliyi ” təlimləri keçirilib. Təlimi uğurla başa vuran əməkdaşlara müvafiq sertifikatlar təqdim edilib. Daha sonra isə Akademiyada fəaliyyətin ISO 45001: 2018 "Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sisitemləri”nin tələbələrinə tam uyğunlaşdırılması üçün zəruri addımlar atılıb.
Qeyd edək ki, DGKA kadr hazırlığında keyfiyyət standartının yüksəldilməsi üçün ali təhsil sahəsində dünyada mövcud olan ən qabaqcıl təlim texnologiyaları və innovasiyaların tətbiqini başlıca hədəf kimi müəyyənləşdirib.