Baş səhifə
Elanlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş elmi konfrans keçiriləcək

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş elmi konfrans keçiriləcək

28.04.2023 11:47

Dövlət Gömrük Komitəsinin Akademiyasının və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə 28-29 aprel 2023-cü il tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı” keçiriləcəkdir.

Konfransın əsas istiqamətləri mühəndislik, xarici ticarət və gömrük xidməti, memarlıq və inşaat, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, hüquq, tarix və sosiologiya elmləridir. Gənclərin elmə olan marağını daha da artırmağı hədəfləyən konfransın əsas məqsədi isə dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri, təcrübələri digərləri ilə paylaşmaq və təhlil etməkdir.

Qeyd edək ki, ötən il də Gömrük Akademiyası və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VI beynəlxalq elmi konfransı” keçirilmişdir.

Elmi konfransın proqramı ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

http://yric.az/