Baş səhifə
Peşə kompetensiyaları
Peşə kompetensiyaları
Beynəlxalq ticarət və logistika
Təhsil Proqramının sonunda məzun aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:
- İqtisadi nəzəriyyənin əsaslarını, müəssisə və fərd səviyyəsindəki davranışları, əsas sosial-iqtisadi göstəriciləri, problemləri və prosesləri bilmək; (PK-1)
- Fərqli rəqabət sistemlərindəki bazarların xüsusiyyətlərini, müxtəlif bazar tiplərində firmaların fəaliyyət mexanizmini, qarşılıqlı əlaqələrin fərqli senarilərini bilmək; (PK-2)
- Makroiqtisadi terminologiyanı tam şəkildə mənimsəmək, açıq iqtisadiyyatı təhlil edə bilmək və nəzəri modellərdən istifadə etməklə təkliflər irəli sürməyi bacarmaq; (PK-3)
- Riyazi üsullar, kəmiyyət və hesablama metodları üzrə bacarıqlara malik olmaq və bu üsul və metodlardan istifadə etməklə optimal qərarlar verə bilmək; (PK-4)
- İşində ümumi porifilli və ixtisaslaşdırılmış proqaram təminatından (Excel, Word, Power Point, Photoshop və ya analitik proqramlardan hər hansı biri ilə (SPSS, Stata, Python kimi proqramlarla) işləmək, sadə analizləri etməyi bacarmaq; (PK-5)
- İqtisadi məlumatların təhlili və sistemləşdirilməsi üçün statistik biliklərə sahib olmaq, kəmiyyət və keyfiyyət məlumatlarını toplamaq, təhlil etmək və proqnozlaşdırmanı bacarmaq; (PK-6)
- İqtisadi məsələlərin empirik tədqiqində ortaya çıxan problemləri həll etmək üçün ekonometrik metodologiyanı öyrənmək və tətbiq edə bilmək; (PK-7)
- İdarəetmə və təşkilatla bağlı baza biliklərə yiyələnmək, ixtisas üzrə məlumatları analitik və sistematik şəkildə təhlil edə bilmək; (PK-8)
- Mühasibatın elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərə sahib olmaq; (PK-9)
- Maliyyənin elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərə sahib olmaq; (PK-10)
- İqtisadiyyatı regional və sektorial olaraq təhlil etməyi bacarmaq, kənd təsərrüfatı, sənaye və xidmət sektorunun iqtisadi inkişafdakı rolunu və əhəmiyyətini bilmək, sahə üzrə yeni konseptləri şərh edə bilmək; (PK-11)
- Milli iqtisadiyyatın makroiqtisadi mənzərəsini, sosial-iqtisadi göstəricilərin dinamikasını; iqtisadi siyasətin əsas konturlarını bilmək, sektorial təhlil aparmağı bacarmaq; (PK-12)
- Marketinq fəaliyyətinin elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərinə sahib olmaq; (PK-13)
- İdarəetmədəki və təşkilatdakı mövcud problemləri qavrama və həlli yollarını təklif etmək ilə bağlı biliklərə sahib olmaq; (PK-14)
- Biznesin idarə edilməsi üzrə müvafiq fəaliyyət və metodları təklif etmək və planlasdırmaq, onların qısa və uzunmüddətli nəticələrini təhlil etmə bacarığına sahib olmaq; (PK-15)
- Karyera barədə ilkin anlayışları, karyera inkişaf fəaliyyətlərini, iş müsahibəsinə hazırlıq prosedurlarını və müsahibə texnikalarını bilmək, karyera yol xəritəsinin tərtib olunmasını və texnikaları, iradə, motivasiya və pozitiv düşüncə, işgüzar etika, iş axtarma strategiyaları, eləcə də iş üçün müraciət qaydalarını, peşəkar CV, rezume, istək və tövsiyə məktublarının hazırlanmasını bacarmaq; (PK-16)
- Vaxtın effektiv idarə edilməsini, stres menecmentini, kreativ, tənqidi və analitik düşüncə formalarını bilmək, problem həll etmə və qərarvermə texnikalarına, natiqlik bacarıqlarına sahib olmaq, eləcə də komanda işinin qurulmasını bilmək və liderlik prinsiplərinə yiyələnmək; (PK-17)
- Layihələrin idarə edilməsində və digər çox istifadə olunan proqram təminatlarından istifadəni bacarmaq, iş həyatında şifahi və yazılı kommunikasiya vasitələrindən istifadə etməyi bacarmaq; (PK-18)
- Beynəlxalq iqtisadiyyat, milli iqtisadiyyatların beynəlxalq iqtisadiyyatdakı rolu, müxtəlif milli iqtisadiyyatların arasındakı qarşılıqlı münasibətlər, onların təkamülü və nəticələri haqqında biliklərə sahib olmaq. Müxtəlif ölkələrin iqtisadiyyatını müqayisəli şəkildə təhlil etməyi bacarmaq; (PK-19)
- Beynəlxalq iqtisadiyyat, beynəlxalq ticarət, beynəlxalq biznes, tədiyə balansı və beynəlxalq maliyyə ilə bağlı anlayışları bilmək; (PK-20)
- Sahibkarlıq və təşəbbüskarlıq ruhunun (start-up və s.) formalaşdırılması ilə yanaşı, innovativ və yaradıcı ideyaların hazırlanması ilə bağlı biliklərə sahib olmaq; (PK-21)
- Biznesin əsasları, idarəetmə, istehsalın təşkili, təşkilatı davranış, insan resurslarının idarəedilməsi, mühasibatlıq və maliyyə işlərinin təşkili, marketinq və ictimaiyyətlə əlaqələr sahəsində işin təşkili ilə bağlı baza biliklərə sahib olmaq; (PK-22)
- Biznes planın hazırlanması, biznesin qurulması və idarəedilməsi sahəsində işlərin təşkilini bacarmalıdır; (PK-23)
- Dünya ticarət sistemi, idxal, ixrac, gömrük fəaliyyəti kimi əməliyyatlara aid nəzəri biliklərə və onları istifadə etmək bacarığına sahib olmaq, o cümlədən beynəlxalq keyfiyyət serifikatlaşdırılması ilə bağlı nəzəri və praktiki biliklərə sahib olmaq (PK-24)
- Beynəlxalq idarəetmə və məhsul və xidmətlərin beynəlxalq bazarlarda satışının təşkili biliklərinə sahib olmaq. Ölkənin iqtisadi subyektlərinin xarici ticarət əlaqələrində yarana biləcək problemlərin həll edilməsini bacarmaq; (PK-25)
- Logistika, nəqliyyat-ekspedisiya, təchizat zəncirinin və anbar təsərrüfatının idarə edilməsinə dair təməl biliklərə malik olmaq; (PK-26)
- Yüklərin beynəlxalq təsnifatı, beynəlxalq daşımaların təşkili, o cümlədən iriqabaritli, ağırçəkili, təhlükəli, tezkorlanan yüklərin daşınması xüsusiyyətlərinə dair biliklərə sahib olmaq və bu sahədə əməliyyat risklərinin idarəedilməsi metodlarına yiyələnmək. (PK-27)
- Nəqliyyat, logistika və gömrük sahələri üzrə ikitərəfli və çoxtərəfli beynəlxalq sazişlər və müqavilələr haqqında biliklərə sahib olmaq. (PK-28)
- Beynəlxalq ticarət və logistika fəaliyyətini təhlil etməyi, qiymətləndirməyi və iqtisadi diaqnostikasının nəticələrini istifadə etməyi bacarmaq; (PK-29)
- Müxtəlif təşkilati-hüquqi formalı beynəlxalq ticarət və logistika təşkilatlarında mal və xidmətlərin ticarəti bölmələrinə, beynəlxalq nəqliyyatda yükdaşıma əməliyyatlarına, anbar təsərrüfatlarına, çeşidləmə, qablaşdırma və logistika strukturunun digər həlqələrinə rəhbərlik etməyi bacarmaq; (PK-30)
- Beynəlxalq ticarətin maliyyələşdirilməsi mexanizmini, risklərin idarəedilməsini, valyuta məsələlərini və hedcinq əməliyyatlarını bilmək; (PK-31)
- Beynəlxalq ticarət və logistika fəaliyyəti ilə bağlı məsələlərin həllində çevik qərarların qəbul edilməsinə və müasir informasiya kommunikasiya texnologiyalardan istifadə etməklə ixtisasa uyğun informasiya və intellektual sistemlərin qurulmasına hazır olmaq; (PK-32)
- Beynəlxalq rabitədə həyata keçiriləcək təchizat layihələrin idarə edilməsinə dair biliklərə sahib olmaq, layihələrə aid qərar və proseslərin nəticələrini qabaqcadan proqnozlaşdırmağı və bu məsələlərə dair strateji yanaşma hazırlamağı bacarmaq; (PK-33)
- Beynəlxalq və milli standartlara uyğun olaraq beynəlxalq ticarət və logistika ilə məşqul olan müəssisələrin fəaliyyəti ilə bağlı normativ və metodiki sənədləri, hesabatları hazırlamağı və təqdim etməyi bacarmaq; (PK-34)
- Azərbaycan iqtisadiyyatının beynəlxalq bazarlarda iştirakının müasir vəziyyəti, problemləri və perspektivləri, eləcə də ticarət tərəfdaşları haqqında biliklərə sahib olmaq . (PK-35)
- Beynəlxalq biznes, xarici bazarlarda fəaliyyət göstərməyin yolları və strategiları ilə bağlı biliklərə sahib olmaq; (PK-36)
- Beynəlxalq şirkətlər, onların idarə edilməsi, inkişafı və beynəlxalq rəqabət aparması metodları haqqında, eləcə də beynəlxalq istehsalın təşkili və beynəlxalq təchizat zəncirlərinə inteqrasiya metodları haqqında biliklərə sahib olmaq (PK-37)