18.05.2021 13:09 1595
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin nəzərinə!

Azərbaycan Respublikasının Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu 19 may 2021-ci il tarixindən aktivləşdirir. 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tətəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Həmin tələbələrin 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcəkdir. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər. https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin təhsi haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu isə iyun ayının 7-dək aktiv olacaqdır.

15.10.2020 15:48 1954
Akademiyanın sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrinin nəzərinə!

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi  təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin https://e-telebe.edu.az elektron portalı vasitəsi müəyyən edilərək təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini həyata keçirir.   Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2020/2021-ci tədris ilinin birinci (payız) semestri üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə  15 oktyabr 2020-ci il tarixindən https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə müraciətlərin qəbulunu aktivləşdirəcəkdir.   Aşağıdakıların nəzərə alınmasını xahiş edirik:   - Bakalavriat səviyyəsinə cari tədris (2020/2021-ci) ilində qəbul olmuş tələbələr Təhsil Nazirliyinin https://e-telebe.edu.az elektron portalı vasitəsi qeydiyyatdan keçməlidirlər. Bu zaman https://e-telebe.edu.az elektron portalı vasitəli ilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir.    - 2019/2020-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən yuxarı kurs tələbələrinin 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün  təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin (məzunlar istisna olmaqla) 2019/2020-ci tədris ilinin yaz semestri üçün sistemdəki müraciətləri 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün əsas götürülərək onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu informasiya sistemi tərəfindən avtomatik rejimdə müəyyən ediləcəkdir.     - Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq ilin birinci yarısında sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına müraciət edə bilərlər.  

25.09.2020 12:11 2733
Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin nəzərinə!

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin qeydiyyatı və sənədlərinin qəbulu 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 09:30-dan 17:00-a kimi aparılacaq.  Qeydiyyat tələbələrin xüsusi geyim forması ilə təmin olunması nəzərə alınaraq, karantin rejimi dövrünün tələblərinə riayət etməklə Akademiyada aparılacaqdır. Abituriyentlərin və onları müşayiət edən şəxslərin qeydiyyata tibbi maskada gəlmələri xahiş olunur. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur: -    Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 ədəd) -    Tam orta təhsil haqqında sənəd (attestat); -    3×4 ölçüdə 4 ədəd fotoşəkil (ağ fonda, rəngli) -    Ödənişli əsaslarla qəbul olanlar üçün təhsil haqqının ödənilməsinə dair qəbz -    Oğlanlar üçün “İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə” və ya hərbi bilet- (əsli və 1 nüsxə surəti) -    Sağlamlıq haqqında arayış (forma 86) -    Tərcümeyi-hal (Akademiyada təqdim olunan blankda doldurulacaq) -    İş nömrəsi və şifri Qeyd: Təhsil haqqı ödənişindən azad olunan xüsusi statuslu (məcburi köçkün, şəhid ailəsinin üzvü və s.) abituriyentlər göstərilən sənədlərdən başqa, statusu ilə bağlı əlavə sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini  də təqdim etməlidirlər.

09.07.2020 05:43 1578
Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyasında və onun Sankt-Peterburq və Rostov şəhərlərindəki filiallarında “Gömrük işi” ixtisası üzrə tələbə qəbulu elan edilir

2020/2021-ci tədris ili üçün Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyasında və onun Sankt-Peterburq və Rostov şəhərlərindəki filiallarında “Gömrük işi” ixtisası üzrə tələbə qəbulu elan edilir   Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 9-15 iyul 2020-ci il tarixlərində tələb olunan sənədləri info@dim.gov.az elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər      Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyası arasında əməkdaşlıq haqqında sazişə uyğun olaraq Moskva vilayəti Lüberts şəhərində yerləşən Rusiya Gömrük Akademiyası və onun Rostov filialının hər birində 1 nəfər, Sankt-Peterburq filialında isə 2 nəfər olmaqla, “Gömrük işi” ixtisası üzrə əyani təhsil alması üçün ümumilikdə 4 nəfər Azərbaycan Respublikası vətəndaşı üçün yer ayrılıb. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 9-15 iyul 2020-ci il tarixlərində tələb olunan sənədləri info@dim.gov.az elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər qeyd olunan elektron poçt ünvanına aşağıdakı sənədlərin fotosurətlərini göndərməlidirlər: 1.    Şəxsiyyət vəsiqəsi; 2.    Cari ildə orta məktəbi bitirən məzunlar 2020/2021-ci tədris ili üçün təsdiq olunmuş “Abituriyentin elektron ərizəsi” forması (varsa), əks təqdirdə bitirdiyi məktəbdən illik qiymətləri göstərilən arayış; 3.    Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədi; 4.    Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi (oğlanlar); 5.    Əlaqə məlumatları. Müsabiqədə iştirak etmək hüququna 2020-ci ildə orta məktəbin rus bölməsini bitirən, 2020-ci il iyulun 10-dək 19 yaşı tamam olmayan, attestatında riyaziyyat, ümumi tarix, rus dili və xarici dil fənləri üzrə yekun illik qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Müsabiqədə iştirak etmək istəyənlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 16 iyul 2020-ci il tarixində onlayn müsahibə keçiriləcək. Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər. Ərizə qəbulunda iştirak edən və onlayn müsahibədən uğurla keçən 4 nəfərin namizədliyi ödənişsiz təhsil forması üzrə oxumaq üçün qeyd olunan Akademiyaya təqdim olunacaqdır. Rusiya Gömrük Akademiyası tərəfindən abituriyentlər üçün ictimai fənlər, həmçinin rus dili və xarici dil fənləri üzrə distant formada imtahan keçiriləcək. Abituriyentlər onları maraqlandıran əlavə məlumatları (+994 12) 404 22 00 (daxili 3302) telefonu və ya +994 50 216 17 99 mobil telefonu vasitəsilə, eləcə də müvafiq keçidlərdən əldə edə bilərlər. Azərbaycan Gömrük Komitəsinin məlumatı Rusiya Gömrük Akademiyası Rusiya Gömrük Akademiyası Sankt-Peterburq filialı Rusiya Gömrük Akademiyası Rostov filialı

24.03.2020 21:00 1303
"Könüllü gömrükçü" dəstəsinə üzv olmaq istəyən gənclərin DİQQƏTİNƏ!

   Azərbaycan Respublikasının "Könüllü fəaliyyət haqqında" Qanununa və Dövlət Gömrük Komitəsi sədrinin "Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı tədbirlər haqqında" sərəncamına əsasən Dövlət Gömrük Komitəsində "Könüllü gömrükçü" dəstəsi fəaliyyət göstərməkdədir.    Bildiririk ki, Dövlət Gömrük Komitəsi nəzdində yaradılmış "Könüllü gömrükçü" dəstəsinin üzvləri Komitənin müxtəlif struktur bölmələrində fəaliyyətlərini uğurla davam etdirməkdədir. "Könüllü gömrükçü" dəstəsinə üzvlər "Ehtiyyat üzvlər bazası"ndan müsahibə yolu ilə seçilir. "Könüllü gömrükçü" dəstəsi üzrə yaranmış vakant yerlərə görə növbəti müsahibənin cari ilin May ayında keçirilməsi planlaşdırılır.    Eyni zamanda qeyd etmək istərdik ki, Dövlət Gömrük Komitəsi respublikamızın regionlarında yaşayan gənclərin həyatın bütün sahələrində iştirak imkanlarının artırılması, habelə gömrük sistemində gənclərin könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi məqsədilə Komitənin Ərazi Baş Gömrük İdarələrinə və həmçinin İdarələrin strukturuna daxil olan bir sıra gömrük postlarına gəncləri könüllülük fəaliyyətinə cəlb etmək niyyətindədir.     Bununla əlaqədar olaraq, regionlarımızda yaşayan gənclər Komitənin Şimal Ərazi Baş Gömrük İdarəsi və onun strukturuna daxil olan "Samur", "Yalama", "Xanoba", "Şirvanlı", "Zuxul" gömrük postlarında, Qərb Ərazi Baş Gömrük İdarəsi və onun strukturuna daxil olan "Tovuz", "Yevlax", "Balakən" gömrük postlarında, Cənub Ərazi Baş Gömrük İdarəsi və onun strukturuna daxil olan "Şirvan", "Biləsuvar" və "Astara" gömrük postlarında "Könüllü gömrükçü" kimi fəaliyyət göstərmək üçün müraciət edə bilər.     "Könüllü gömrükçü" dəstəsinin ehtiyyat üzvü olmaq istəyən gənclərdən aşağıdakı formanı dolduraraq Dövlət Gömrük Komitəsinə göndərmələri xahiş olunur. Müraciətin Dövlət Gömrük Komitəsinə daxil olması ilə bağlı Sizə məlumat veriləcəkdir.