Baş səhifə
Digər ölkələrlə ikitərəfli təlim-tədris əməkdaşlığı
Digər ölkələrlə ikitərəfli təlim-tədris əməkdaşlığı
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) əsas funksiyası Dövlət Gömrük Komitəsində (DGK) və tabeliyindəki qurumlarda çalışan kadrların peşə bacarıqlarının artırılması, o cümlədən davamlı şəkildə öyrənmə prosesini təmin etməkdir.
Qabaqcıl təcrübələrini öyrənmək, ona uyğunlaşmaq və öz təcrübəsində də tətbiq etmək məqsədi ilə DGKA digər ölkələrin gömrük xidmətlərinin təlim qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq yaradır və onu inkişaf etdirir. DGKA-nın xarici təşkilatlar ilə yaradılan əməkdaşlıq və tərəfdaşlıq əlaqələri Azərbaycan Respublikasının gömrük orqanlarında insan resurslarının potensialının artırılmasına xidmət edir, eyni zamanda tərəfdaşların eyni dərəcədə vacib prioritetlərini və maraqlarını dəstəkləyir.
Təlim-tədris ilə əlaqədar əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətləri üzrə Akademiyanın hər bir tərəfdaş ölkənin qurumu ilə əməkdaşlığın gündəliyində duran məsələlər quruluş baxımından bir-birindən fərqlənir.
Təlim-tədris ilə əlaqədar bütün əməkdaşlıq əlaqələri ümümi xarakter daşıyan və fərdi şəkildə bağlanılan əməkdaşlıq müqavilələri və ya anlaşma memorandumları ilə yaradılır və həyata keçirilir.
Ayrı-ayrılıqda, o cümlədən birgə təlimlər, seminarlar, mühazirələr və təhsil ilə əlaqədar səfərlərin keçirilməsi bütün razılaşmalara tətbiq edilən əsas elementlərdən biridir.
Hal-hazırda Akademiyanın ikitərəfli təlim-tədris əməkdaşlığı qurduğu və ya qurmağa davam etdiyi ölkələr arasında aşağılar var:
- Türkiyə
- Ukrayna
- Cənubi Koreya
- Yaponiya
- Latviya
- Rusiya
- Litva
- Polşa
- İspaniya
- Belarusiya
- Çin
Bu əməkdaşlıqlar qarşılıqlı öyrənmə, dəstək və təcrübələrin mübadiləsinə yönəlmiş fəaliyyətlərdən ibarətdir.