Baş səhifə
Erasmus+
Erasmus+
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tələbələri, əməkdaşları, gömrük xidməti orqanlarında çalışan işçi heyəti üçün təhsil, təlim, araşdırma və potensialın artırılması məqsədi ilə Avropa İttifaqının (Aİ) akademik alətlərindən ən yaxşı şəkildə istifadə etməyə şərait yaradır.
Avropada yerləşən ali təhsil müəssisələri ilə hazırki və gələcək əməkdaşlıq proqramları sırasında Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq, Akademiya üçün xüsusi prioritet sahələrdəndir. Akademiya tələbələri Avropa Komissiyasının Erasmus+ proqramı üzrə keçirilən konfransların proqramı çərçivəsində bir sıra Avropa ölkələrində Erasmus+un təşviqi, könüllülük, Avropanı anlama, layihə dizaynı, qeyri formal təhsil, fəal vətəndaşlıq (bu əsasən gənclərin sosial fəallığını nəzərdə tutur) və digər mövzular üzrə mühazirələri dinləyir, müxtəlif qrup işi və layihələrin təqdimatında iştirak edirlər.
Erasmus+ proqramının əsas istiqamətləri aşağıda qeyd olunur.
1. Əsas Fəaliyyət 1 (KA1) - Fərdlərin təhsil mobilliyi
KA1-ə uyğun olaraq, DGKA-nın bu istiqamətdəki fəaliyyəti bakalvr və magistr dərəcələrində təhsil alan tələbələrinin və işçi heyətinin təhsil mobilliyinin təşviq etməyə yönəlmişdir.
Tələbə mobilliyi aşağıdakı növlər üzrə bölünür:
Təhsil mobilliyi: tələbələr tərəfdaş universitetlərdə akademik kurslara yazılıraq, təcrübə keçirlər (təcrübə müddəti minimum 3 ay, maksimum 12 ay təşkil edir).
Tələbələr üçün təcrübə: Avropadaki ali təhsil müəssisələrində təhsil alan tələbələr təhsil müddəti ərzində staj və təcrübə keçmək imkanına malik olur (staj və təcrübə müddəti minimum 2 ay, maksimum 12 ay təşkil edir).
İşçi heyətinin mobilliyi aşağıdakı növlərdən ibarətdir:
Tədris: Akademiyanın müəllim heyəti tərəfindən tərəfdaş universitetlərdə tədrisin həyata keçirməsinə imkanların yaradılıması.
Təlim: Həm müəllim, həm də müəllim olmayan işçi heyətinin peşəkar inkişafı, həmçinin Akademiyanın institusional inkişafına yönəlmiş fəaliyyətin genişləndirilməsi.
2. Əsas Fəaliyyət 2 (KA2) - İnnovasiya naminə əməkdaşlıq və qabaqcıl təcrübələrin mübadiləsi
KA2-yə uyğun olaraq, DGKA-nın əsas fəaliyyət istiqaməti tədris müəssisəsinin, onun təlim proseslərinin və öyrənmə sistemlərinin modernləşdirməsinə və beynəlmiləlləşməsinə, mövcud tədris proqramlarının beynəlxalq standartlara və tələblərə, o cümlədən əmək bazarının tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə və yenilənməsinə, həmçinin Akademiyanın iş fəaliyyəti otaqlarının Avropanın təcrübəsinin ən yaxşı nümünəsinə uyğun olaraq modernləşdirməsinə yönəlmişdir.
Bu baxımdan, DGKA yuxarıda qeyd edilən məqsədlərin həyata keçirilməsi üçün potensialın yaradılması məqsədi ilə milli və çoxtərəfdaşlı layihələr/ konsorsiumlar hazırlayaraq və onlara qoşularaq, Erasmus+ proqramı çərçivəsində Ali Təhsildə Potensialın Gücləndirilməsi (ATPG) üzrə istifadəsinə üstünlük verir.
3. Jean Monnet Fəaliyyətləri
Aİ-nin təhsil proqramlarının və təcrübəsinin DGKA-da da inkişaf etdirilməsi, Akademiyanın təhsil prosesindəki vacib istiqamətlərindən biridir. Bu məqsədlə DGKA aşağıda qeyd olunan prioritet sahələrə malik olan Jean Monnet fəaliyyətindən faydalanmağa çalışır. Prioritet sahələr bunlardan ibarətdir:
- Modullar
- Bilik Mərkəzləri
Bu iki prioritet sahəni rəhbər tutaraq, Akademiya Avropa ali təhsil müəssisələri və digər təşkilatlardan əməkdaşlıq və tərəfdaşlıq təkliflərinə, o cümlədən birgə layihə təkliflərinin hazırlanması və həyata keçirilməsinə hər zaman açıqdır.
DGKA ilə əməkdaşlıqla bağlı əlaqə yaratmaq, həmçinin xüsusi əməkdaşlıq və tərəfdaşlıq təklifləri göndərmək üçün veb saytın sağ küncündə yerləşən tərəfdaşlıq sorğusuna keçid edərək (elektron ünvan vasitəsilə giriş tələb olunur) müraciət edə bilərsiniz.