INCU

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi

Akademiya baş qərargahı Avstraliyada yerləşən, gömrük, beynəlxalq ticarət və logistika kimi sahələrdə beynəlxalq akademik və təlim əməkdaşlıqlarını, qabaqcıl təcrübəni və bu sahədə qlobal şəbəkələşməni təşviq edən INCU-da Azərbaycandan olan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi olaraq yeganə institusional üzv qurumdur.

Əlavə olaraq qeyd etmək lazımdır ki, INCU-nun Regional Ofisi (INCURO) DGKA-da yerləşir. Hazırda INCURO-nun gələcək fəaliyyətinin inkişaf etdirilməsi istiqaməti üzrə fəaliyyət davam etdirilir. INCU ilə birgə fəaliyyətlərin inkişaf etdiriməsi DGKA beynəlxalq əməkdaşlıq gündəmindəki xüsusi prioritetlərdən biridir.