Baş səhifə
Peşə kompetensiyaları
Peşə kompetensiyaları
İnformasiya təhlükəsizliyi
Təhsil Proqramının sonunda məzun aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:
- Müasir cəmiyyətdə informasiyanın, informasiya texnologiyalarının və informasiya təhlükəsizliyinin rolunu, eləcə də bu sahədə şəxsiyyətin, cəmiyyətin və dövlətin obyektiv tələbatlarının təmin olunması üçün onların əhəmiyyətini təqdim etmək bacarığına;
- Peşəkar məsələlərin həlli üçün sistem, tətbiqi və xüsusi təyinatlı proqram vasitələrini, informasiya-kommunikasiya texnologiyalarını, proqramlaşdırma dillərini və proqram vasitələrinin yaradılması sistemlərini tətbiq etmək bacarığına;
- İnformasiya təhlükəsizliyi siyasətinin formalaşdırılmasında texniki mütəxəssis olaraq iştirak etmək, informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə kompleks tədbirlərin yerinə yetirilməsini təşkil etmək və dəstəkləmək, mühafizə olunan obyekt üzərində onların gerçəkləşdirilməsi prosesini idarə etmək bacarığına;
- İnformasiya təhlükəsizliyi sistemləri və onun ayrı-ayrı elementləri üzərində verilmiş metodika üzrə eksperimentlər aparmaq, eksperimentlərin nəticələrini emal etmək, xətaları və etibarlılığını qiymətləndirmək bacarığına;
- İnformasiya təhlükəsizliyinin təmin edilməsi mexanizmlərini bilmək və istifadə etmək bacarığına;
- Müasir proqram, proqram-aparat və texniki vasitələrinin (o cümlədən kriptoqrafik) quraşdırılması, istifadəsi, köklənməsi, xidmət göstərilməsi işlərini yerinə yetirmək, onların iş qabiliyyətinin və effektivliyinin nəzarət yoxlamalarının təşkili və keçirilməsi bacarığına;
- Müasir informasiya və kommunikasiya texnologiyaları məhsullarından, proqram və texniki təminatdan və müasir qərar qəbuletmə üsullarından istifadə etmək bacarığına;
- İnformasiyanın toplanması, saxlanması, qorunması, emalı və ötürülməsi üsullarını bilmək və onlardan məqsədli istifadə etməyi, elmi-texniki ədəbiyyat icmalını tərtib etmək bacarığına;
- İnformasiya mühafizəsinin təşkilati alətlərinin tətbiqi, istifadəçilər və proseslər arasında səlahiyyətlər bölgüsü və koordinasiya, planlaşdırma və layihələndirmə, sənədləşdirmə, qeydiyyat, arxivləşdirmə, lisenziyalaşdırma, fəaliyyətə xüsusi icazə, audit, sertifikatlaşdırma, effektivliyi dəyərləndirmə, attestasiya, akkreditasiya, İKT layıhələrinin və məhsullarının ekspertizası bacarığına;
- İnformasiya təhlükəsizliyinə risklərin baş verməsinə – insidentlərə cavabvermə sxemlərini tətbiq etmək, risklərin emalına aid müvafiq üsulları seçmək, təhlükəsizliyin monitorinqi, sanksiyasız dəyişiklikləri, onlara cəhdləri aşkar etmək və qeydiyyatını aparmaq, maraqlı tərəfləri xəbərdar etmək bacarığına;
- Fərdi məlumatların, verilənlərin təhlükəsizliyi, kiberhücumların aşkarlanması və qarşısının alınması, ölkə üzrə təhlükəsiz informasiya mühitinin yaradılması və istifadəçi mədəniyyətinin hazırlanması bacarığına;
- İT-şirkətlərində, bank sistemlərində, birja, maliyyə, sığorta şirkətlərində və s. informasiya kommunikasiya texnologiyalarından istifadə və onların təhlükəsizliyini təmin etmək bacarığına;
- Elektron imza texnologiyalarını bilmək, onların elektron hökumət sistemlərində tətbiq etmək bağarığına;
- İnformasiya mühafizəsini təmin edən altsistemlərin və vasitələrin layihələndirilməsi üçün ilkin verilənlərin hazırlanmasını, uyğun layihə həllərinin texniki-iqtisadi əsaslandırılmasını aparmaq bacarığına;
- Peşəkar məsələləri həll etmək məqsədilə elmi-texniki ədəbiyyatı, normativ və metodik sənədləri seçmək, öyrənmək və ümumiləşdirmək bacarığına;
- Təşkilatda (idarədə, müəssisədə) informasiyanın mühafizəsi üzrə fəaliyyəti tənzimləyən normativ hüquqi aktları, normativ və metodik sənədləri tətbiq etmək bacarığına;
- Məhdud girişli informasiyanın qorunmasını mövcud normativ hüquqi aktlara, normativ və metodik sənədlərə uyğun olaraq təşkil etmək, müvafiq işçi texniki sənədləşmələri tərtib etmək bacarığına;
- İnformasiya mühafizəsinin təmin edilməsi məsələlərinin həlli üçün zəruri riyazi metodlardan istifadə etmək bacarığına.