Baş səhifə
Gömrük təlimi əməkdaşlığı
Gömrük təlimi əməkdaşlığı
Tələbələr üçün həyata keçirdiyi akademik təhsil proqramlarına əlavə olaraq, Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) ən vacib funksiyalarından biri Dövlət Gömrük Komitəsinin (DGK) və onun aidiyyəti strukturlarının insan resurslarının potensialının gücləndirilməsi və onların peşəkar kadr hazırlığının dayanıqlı şəkildə təmin olunmasıdır.
Bu baxımdan DGKA-nın beynəlxalq gömrük təlim-tədris əməkdaşlıqları və tərəfdaşlıqları xüsusi əhəmiyyət kəsb edir.
Akademiya Azərbaycanda gömrük xidməti fəaliyyətləri sahəsində tələbləri, ehtiyacları, prosesləri və prioritetləri izləyib onları nəzərə alaraq, gömrük xidməti orqanlarının peşəkar və fərdi inkişafı üçün digər ölkələrin qabaqcıl təcrübələrini öyrənməyi, mənimsəməyi, uyğunlaşdırmağı və tətbiq etməyi hədəfləyir.
DGKA həm peşəkar mükəmməlliyə, həm də milli qanunlara və dəyərlərə, beynəlxalq tələblərə və standartlara əsaslanan gömrük xidmətini təbliğ edir. Bu yanaşma Akademiyanın bütün beynəlxalq təlim fəaliyyətlərinə və əməkdaşlıqlarına tətbiq olunur.
Xüsusilə, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Regional Təlim Mərkəzi (RTM) olaraq Akademiya həm də gömrük xidməti sahəsində peşəkarlıq üzrə müvafiq ÜGT standartlarını və prinsiplərini əsas tutur.
DGKA öz Əsasnaməsi, beynəlmiləlləşmə strategiyası, DGK və digər milli normativ-hüquqi aktlara uyğun olaraq, beynəlxalq təlim-tədris fəaliyyətini aşağıdakı əməkdaşlıq sahələrində inkişaf etdirir:
- Beynəlxalq təşkilatlarla əməkdaşlıq
- Digər ölkələrlə ikitərəfli təlim əməkdaşlığı
- Özəl sektor qurumlarıyla əməkdaşlıq
- Gömrük sahəsində elektron təhsil
Həmin əməkdaşlıq sahələrində ümumi fəaliyyət istiqamətləri əsasən aşağıdakılardır:
- İkitərəfli/birgə təlim və ali təhsil fəaliyyətləri
- Qarşılıqlı səfərlər və mübadilələr
- Tədqiqat və məlumat mübadiləsi
- İkitərəfli/birgə kadr hazırlığı və potensialın gücləndirilməsi