DGKA-da təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı uzadıldı
23.08.2024 16:54Dövlət Gömrük Komitəsinin Akademiyasında 2024/2025-ci tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı avqustun 30-dək uzadılıb.
Dövlət Gömrük Komitəsinin Akademiyası 2024/2025-ci tədris ilində təkrar ali təhsil almaq istəyən şəxslər üçün aşağıdakı ixtisaslar üzrə sənəd qəbulu elan edir:
Sıra №-si | İxtisasın (proqramın) şifri | İxtisasın (proqramın) adı |
1. | 050206 | Hüquqşünaslıq (yalnız gömrük əməkdaşları üçün) |
2. | 050401 | Beynəlxalq ticarət və logistika |
- Akademiyada təkrar ali təhsil yalnız ödənişli əsaslarla qiyabi formada həyata keçirilir;
- Təkrar ali təhsil üçün müraciət etmiş şəxslərin müvafiq ixtisaslara qəbulu Akademiya tərəfindən müəyyən edilmiş qaydada müsabiqə yolu ilə aparılır;
- Müsabiqədən uğurla keçənlər müqavilə yolu ilə müvafiq təkrar ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.
Sənəd qəbulu 2024-cü il iyun ayının 10-dan avqust ayının 30-dək aparılacaqdır.
Sənədlərin qəbulu https://portal.edu.az/ portalı vasitəsilə həyata keçirilir. Təkrar ali təhsil almaq üçün müraciət edəcək şəxslər öncə portal.edu.az səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatla bağlı əlavə məlumatı buradan ala bilərsiniz.
İlkin mərhələdə portala aşağıdakı sənədlər yüklənilməlidir:
- Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
- 3×4 sm ölçüdə fotoşəkil;
- İş vəsiqəsinin surəti (gömrük əməkdaşları üçün)
· İş yerindən xasiyyətnamə (gömrük əməkdaşları üçün).
Qeyd: Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.
Əlaqə məlumatları:
Telefon: (994 12) 404 12 00 (daxili nömrə: 3306; 3338)
E-poçt: elave.tehsil@ascca.edu.az