Baş səhifə
DGKA KİV-də

DGKA KİV-də

Akademiya ictimaiyyətlə, müxtəlif hökumət və qeyri-hökumət təşkilatları, həmçinin media orqanları ilə qarşılıqlı və faydalı əməkdaşlıq qurub. Akademiyanın fəaliyyətinin cəmiyyətə çatdırılması, ictimaiyyət arasında müsbət imicinin formalaşdırılması, nüfuzunun qorunub saxlanması vacib məsələlərdəndir. Mütəmadi olaraq DGKA haqqında məlumatlar, keçirilən tədbirlər, professor-müəllim heyətinin fəaliyyəti və tələbələrin uğurları mediada geniş işıqlandırılır.

İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən mətbuat orqanları, TV, radio, elektron informasiya vasitələri – xəbər portalları, agentliklərin saytlarında, bununla yanaşı, sosial şəbəkələrdə Akademiyanın təbliği geniş formada aparılır. Hazırda Akademiya xüsusi təyinatlı ali təhsil müəssisələri arasında mediada ən çox adı çəkilən, müsbət imicə malik, öz nüfuzunu qoruyub saxlayan və media ilə sıx işləyən bir qurumdur.