DGKA-da “ScienceDirect” və “Scopus” məlumat bazalarına çıxış təmin olunub
27.03.2024 12:42AKADEMİYANIN PROFESOR-MÜƏLLİM HEYƏTİNİN VƏ TƏLƏBƏLƏRİNİN NƏZƏRİNƏ!
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Elsevier” şirkətinin “ScienceDirect” məlumat bazasına və dünyanın ən böyük elmmetrik bazalarından olan “Scopus”a çıxış imkanı təmin edilib. “Scopus” ən böyük elmmetrik baza olmaqla yanaşı, həm də beynəlxalq reytinqlər üzrə universitetlərin elmi-tədqiqat göstəricilərinin hesablanması üçün istifadə edilən platformadır.
Scopus bazasından aşağıda qeyd edilən məlumatları əldə etmək olar:
- Müəllif profilləri, elmi əsərlərin sayı, istinad, özünəistinad, h-index, mənsub olduğu ali təhsil müəssisəsi və metrik göstəricilər
- İndekslənən elmi nəşrlər, nəşrlərin elmi istiqamətlər üzrə bölgüsü
- Ədəbiyyat siyahısını formalaşdırmaq üçün tədqiqat apardıqları elmi istiqamət üzrə yüksək istinadlı elmi əsərlər və alimlər
- Dünya alimləri ilə əlaqə yaratmaq imkanı
- Ali təhsil müəssisələrinin həmin baza üzrə verilənlərini təhlil etmə imkanı
ScienceDirect “Elsevier” nəşriyyatının elmi ədəbiyyatını özündə ehtiva edən akademik verilənlər bazasıdır. ScienceDirect 43.000-dən çox elektron kitaba, 19 milyondan çox tam mətnli məqaləyə giriş imkanı verir. O, eyni zamanda orta hesabla dünyanın ən çox istinad edilən online jurnal platformasıdır.
“ScienceDirect” akademik verilənlər bazasının əhatə etdiyi elmlər təsnifatı aşağıdakı kimidir:
- Fizika və mühəndislik
- Təbiət elmləri
- Tibb
- Humanitar və sosial elmlər
DGKA daxilində “ScienceDirect” Akademiyanın internet şəbəkəsinə bağlı olan bütün cihazlardan istifadəçi adı və şifrə olmadan birbaşa istifadəyə açıqdır.
Linklər:
https://www.scopus.com/search/form.uri?display=basic#basic
https://www.sciencedirect.com/
Əlavə məlumat üçün Library@ascca.edu.az e-poçt ünvanına müraciət edə bilərsiniz.
Fayllar:
SCOPUS_page-0001.jpg