Baş səhifə
ECAR
ECAR
Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası sahəsinə aid olan, “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.
2021-ci ilin yanvar ayından etibarən başlanan layihə 2024-cü ilin yanvar ayına qədər davam edəcək. Layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı yaratmaqla ali təhsil müəssisələri və digər maraqlı tərəflər arasında milli şəbəkələşməni və əməkdaşlığı inkişaf etdirməkdir. Əməkdaşlığı təşviq etmək və asanlaşdırmaq, ali təhsil müəssisələrini onların əsas fəaliyyətlərində dəstəkləmək, o cümlədən daha yaxşı qanunvericilik üçün fəal lobbiçilik etmək və onun maliyyəsini ali təhsilin və tədqiqatın inkişafına yönəlmiş məqsədyönlü şəkildə xərcləmək üçün Azərbaycanda milli ali təhsil müəssisələri şəbəkələrinin yaradılmasına ehtiyac var. Konsorsium hesab edir ki, Rektorlar konfransı əsas təşəbbüslər və mövcud problemlərdə vahid səsi təqdim edən bütün ali təhsil müəssisələri üçün yaxşı bir çıxış yolu ola bilər.
Azərbaycan Respublikası Dövlət Gömrük Akademiyasının layihədə tərəfdaşlığı və iştirakı 2021-ci il ərzində layihə konsorsiumu və Avropa Komissiyası tərəfindən dəyərləndirildi və dekabr ayında təsdiqlənib qəbul edildi. Akademiya layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsinə 2022-ci ilin yanvar ayından etibarən başlayır.
Layihə tərəfdaşları siyahısına DGKA ilə yanaşı aşağı qeyd olunan universitetlər də daxildir:
Yerli ali təhsil müəssisələri:
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Bakı Mühəndislik Universiteti
Bakı Ali Neft Məktəbi
Azərbaycan Texniki Universitet
Naxçıvan Universiteti
Lənkəran Dövlət Universiteti
Azərbaycan Universiteti
Xəzər Universiteti
Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti
Bakı Avrasiya Universiteti
Azərbaycan Turizm və Menecment Universiteti
Azərbaycan Dillər Universiteti
Odlar Yurdu Universiteti
Аzərbaycan Əmək və Sosial Münasibətlər Аkаdemiyası
Gəncə Dövlət Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti
Avropa İttifaqı tərəfdaş ali təhsil müəssisələri:
• Mikolas Romeris Universiteti, Litva Respublikası
• KTH Kral Texnoloqiya İnstitutu, İsveç
• Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzi (CİEP)
• Fransa Rektorlar Konfransı (CPU)
• EFMD Beynəlxalq şəbəkəsi, Belçika
• Polşadakı Akademik Məktəblər Rektorlarının Konfransı (CRASP)
Avropa Komissiyasının bu layihəniт məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır.