Baş səhifə
İnfrastruktur

İnfrastruktur

Maddi-texniki baza

DGKA-da keyfiyyətli mütəxəssis hazırlığı üçün müasir standartlara cavab verən zəngin maddi-texniki  baza  yaradılıb.  Akademiyanın  tədris binasında  auditoriyalar,  kitabxana, oxu zalı, tərcümə otağı, yeməkxana, konfrans zalı və s. mövcuddur. Auditoriya və laboratoriyalar müasir  kompüter  texnikası,  ağıllı  lövhələr  və multimedia vasitələri ilə təchiz olunub ki, bu da müvafiq fənlərin müasir tələblərə uyğun səviyyədə mütərəqqi texnologiyalar  əsasında  tədrisini  təmin  edir.  Akademiyanın  bütün  ərazisinə  müasir  tipli IP kameralar vasitəsi ilə nəzarət olunur. Tədris binasının daxilində tələbə, müəllim və əməkdaşların istifadəsi üçün Wi-Fi ilə limitsiz internetə çıxış mövcuddur. Akademiyanın infrastrukturuna  mini-stadion  və müxtəlif  idman  alət     qurğuları  ilə  təchiz  olunmuş  idman  zalı  da  daxildir.

 

Tədris laboratoriyaları

Laboratoriyalar lokal şəbəkə, kompüterlər, multimedia vasitələri, ağıllı lövhələrlə təchiz edilmiş tədris-metodiki mərkəzlərdir. Laboratoriyalarda informatika yönümlü dərslər üzrə praktiki məşğələlər keçirilir, cari və  aralıq   imtahanlar   təşkil   olunur.

 

Gömrük nəzarətinin texniki vasitələri laboratoriyası

Bu laboratoriyada ixrac-idxal əməliyyatlarından və prosedurlardan keçən malların texniki qurğular vasitəsilə tədqiq edilməsi yolu ilə istehlakı yararsız və qadağan olunmuş malların, zinyət əşyalarının, narkotik vasitələrin və s. ölkəyə  gətirilməsinin  qarşısını  almaq  üçün  tədqiqatlar  aparılır.

 

Tibb məntəqəsi

Tibb məntəqəsində Akademiyada təhsil alan tələbələrin, ixtisasartirma kurslarına gələn  dinləyicilərin, eləcə də burada calışan əməkdaşların  səhhəti  və sağlamlığı ilə bağlı yaranan problemlər zamanı təcili təxirəsalınmaz  tibbi  yardım  göstərilir.

 

Tələbə yeməkxanası

Akademiyanın yeməkxanası ekoloji təmiz və sağlam məhsullardan  hazırlanmış qidalarla zəngindir. Burada hər gün əməkdaşların, professor-müəllim heyəti və tələbələrin gündəlik qidalanması üçün şərait vardır. Yeməklər peşəkar aşpazlar  tərəfindən  hazırlanır.