Baş səhifə
Gömrük işi və idarəetmə kafedrası
Gömrük işi və idarəetmə kafedrası
Gömrük işi və idarəetmə kafedrası Dövlət Gömrük Komitəsinin Akademiyasının əsas tədris strukturlarından biri kimi bakalavriat üzrə İqtisadiyyat və Beynəlxalq ticarət və logistika ixtisasları və magistratura üzrə Gömrük işi ixtisaslaşması üzrə tədris və elmi fəaliyyətlər aparır. Bununla yanaşı kafedra, bakalavriat üzrə istehsalat təcrübəsi və buraxılış işləri müdafiəsi proseslərini, eləcə də magistratura üzrə elmi-pedogoji və elmi-tədqiqiat təcrübələri və dissertaiyaların müdafiə proseslərini təşkil edir. Gömrük işi və idarəetmə kafedrası adı çəkilən ixtisaslar üzrə tədris planlarının tərtib edilməsini və əsas peşə fənlərinin tədrisinin aparılmasını təmin edir.
Eləcə də, Gömrük işi və idarəetmə kafedrası İqtisadiyyat, Beynəlxalq ticarət və logistika, Hüquqşünaslıq, İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları ixtisasları üzrə tələbələrə, ixtisaslarına uyğun gömrük işi ilə əlaqəli fənlərin tədrisini həyata keçirilir.
İqtisadiyyat ixtisası üzrə tələbələr Mikroiqtisadiyyat, Makroiqtisadiyyat, Statistika, Ekonometrika, Maliyyə, Bank işi, Vergitutma, Menecment, Marketinq, Mühasibat uçotu, Audit, Dünya iqtisadiyyatı, Firmanın iqtisadiyyatı, Azərbaycan iqtisadiyyatı, İqtisadiyyatın tənzimlənməsi, Dövlətin iqtisadi siyasəti kimi iqtisadi mövzularla yanaşı, Gömrük işinin təşkili və menecmenti, Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, Gömrük prosedurları və bəyanetmə, Gömrük-tarif tənzimlənməsi, Gömrük statistikası və informasiya texnologiyaları kimi gömrük sahəsi ilə birbaşa əlaqəli fənləri öyrənəcək.
Beynəlxalq ticarət və logistika ixtisasında tədrisin ilk iki ilində iqtisadiyyat elminin baza fənləri, daha sonra Beynəlxalq ticarət, Beynəlxalq logistika, Beynəlxalq biznes, Beynəlxalq ticarət hüququ, Beynəlxalq nəqliyyat əməliyyatları, Beynəlxalq ticarət və logistikada təhlükəsizlik kimi beynəlxalq bizneslə və logistika ilə birbaşa əlaqəli fənləri elmi-praktiki bilik səviyyəsində öyrədilir. Bununla yanaşı, beynəlxalq ticarət və logistikanın əsas halqası olan gömrük işi sahəsində yetərli bilik əldə etmək üçün Gömrük işinin təşkili və menecmenti, Gömrük nəzarəti və rəsmiləşdirməsi, Xarici iqtisadi fəaliyyətin gömrük tarif tənzimlənməsi, Gömrük logistikası, Gömrük ekspertizası kimi fənlər tədris olunur.
Eyni zamanda, inkişaf edən qlobal iqtisadiyyatı tam başa düşmək üçün Elektron ticarət, həmçinin beynəlxalq iqtisadi mühiti qavramak üçün Beynəlxalq iqtisadi təşkilatlar və iqtisadi inteqrasiya, Beynəlxalq marketinq, Risk menecmenti və sığorta kimi yeni fənlər tədris edilir. Bunlarla yanaşı, yumşaq və sərt bacarıqların nəzəri və praktiki şəkildə öyrədiləcəyi bu ixtisaslarda tələbəyə peşəkar karyera quruculuğu üçün vacib məqamlar, o cümlədən elmi tədqiqatların aparılması və ixtisas yönümlü kompüter bacarıqlarının inkişaf etdirilməsi aşılanır.