Baş səhifə
Bakalavriat

Bakalavriat

İqtisadiyyat
Bakalavr

İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr gömrük sisteminə aid xüsusi fənlərlə bərabər iqtisadiyyatın müxtəlif sahələrini öyrənirlər. Belə ki, tələbələr ümumi iqtisadiyyat fənn bloku üzrə Mikroiqtisadiyyat, Makroiqtisadiyyat, İqtisadi düşüncələr tarixi, Beynəlxalq iqtisadiyyat, Ekonometrika kimi dərsləri, ictimai fənlər bloku üzrə İqtisadiyyatın tənzimlənməsi, İqtisadi siyasət, Makroiqtisadi təhlil, Ətraf mühitin iqtisadiyyatı, Aqrar iqtisadiyyat, Regionların sosial-iqtisadi inkişafı, Azərbaycan iqtisadiyyatı kimi dərsləri, maliyyə fənləri bloku üzrə Firmanın iqtisadiyyatı, Bank işi, Vergi, Audit, Menecment, Marketinq, Mühasibat uçotu və gömrük fənləri bloku üzrə Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, Gömrük prosedurları və bəyanetmə, Gömrük tarif tənzimlənməsi, Gömrük statistikası, Valyuta tənzimlənməsi kimi ixtisas mövzularını  öyrənirlər.

 

Hüquqşünaslıq
Bakalavr

Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr gömrük sisteminə aid xüsusi fənlərlə bərabər hüququn müxtəlif sahələrini öyrənirlər. Belə ki, tələbələr ictimai fənlər bloku üzrə Mülki Qanun, Ailə hüququ, Əmək hüququ, Sosial Müdafiə Hüququ, Beynəlxalq xüsusi hüquq, Avropa Birliyi Qanunu, inzibati fənlər bloku üzrə Cinayət prosesi, Əməliyyat-axtarış fəaliyyətinin əsasları,  Kriminalistika, Məhkəmə Ekspertizası və iqtisadi fənlər bloku üzrə Maliyyə hüququ, Nəqliyyat Qanunu, Bank hüququ, Ticarət hüququ, Müqavilə hüququ, Vergi  hüququ kimi modullarla birgə gömrük fənləri bloku üzrə Gömrük hüququ, Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, Gömrük ekspertizası, Gömrük nəzarəti prosesində qeyri-tarif və digər tənzimləyici tədbirlər, Gömrük xətaları üzrə inzibati məsuliyyət, Gömrük işi sahəsində cinayətlərin araşdırılması  və  tövsifi  kimi  dərsləri  öyrənirlər.

 

İnformasiya təhlükəsizliyi
Bakalavr

İnformasiya  Təhlükəsizliyi  Proqramı - günümüzün ən vacib məsələsi olan müxtəlif sahələrdə informasiya təhlükəsizliyi və informasiyanın mühafizəsi, kriptoqrafik məlumatların qorunması, təhlükəsizlik sistemləri və şəbəkələri  üzrə  mütəxəssislərin  hazırlanmasını  təmin  edir.

Burada  Kriptoqrafik üsullarla yanaşı kompüter informasiyasının müdafiə alqoritminə baxılır. Kiber hücumlara qarşı Kriptoqrafik və Autentifikasiya protokolları vasitəsilə, dövlət və maliyyə sektorunda məlumatlar bazasının qorunması yolları təhlil edilir. Həmçinin sosial mühəndislik mövzuları ətraflı öyrədilərək, zərərverici proqramlar vasitəsilə yoluxdurma və ondan qorunma metodları  praktiki  yollarla  göstərilir.

Naqilli və naqilsiz korporativ şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşma ilə şəbəkələrarası verilənlərin mübadiləsinin müdafiə edilməsinin baza texnologiyası və eləcə də informasiya təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan təşkilatı-qanunlar  ətraflı  izah  olunur.

Bunlarla yanaşı, Elektron rəqəmsal imza və Parolun təhlükəsizliyinin təmini,  Xüsusi virtual şəbəkə (VPN) və virusların mutasiyası kimi yeni mövzular  da  tədris  olunur.

 

Beynəlxalq ticarət və logistika
Bakalavr

Beynəlxalq ticarət və logistika ixtisasında oxuyan tələbə tədrisin ilk iki ilində iqtisadiyyat elminin baza fənlərini öyrənir. Həmçinin, Beynəlxalq ticarətBeynəlxalq logistikaBeynəlxalq biznesBeynəlxalq ticarət hüququBeynəlxalq nəqliyyat əməliyyatları kimi beynəlxalq bizneslə və logistika ilə birbaşa əlaqəli fənləri elmi-praktiki bilik səviyyəsində məniməsəyir. Bununla yanaşı, beynəlxalq ticarət və logistikanın əsas halqası olan gömrük işi sahəsində yetərli bilik əldə etmək üçün Gömrük işinin təşkili və menecmentiGömrük nəzarəti və rəsmiləşdirməsiXarici iqtisadi fəaliyyətin gömrük tarif tənzimlənməsiGömrük logistikasıGömrük ekspertizası kimi fənlər tədris olunur.

Eyni zamanda, inkişaf edən qlobal iqtisadiyyatı tam başa düşmək üçün Elektron ticarət, həmçinin beynəlxalq iqtisadi mühiti qavramaq üçün Beynəlxalq iqtisadi təşkilatlar və iqtisadi inteqrasiyaBeynəlxalq marketinqRisk menecmenti və sığorta kimi yeni fənlər tədris edilir. Bunlarla yanaşı, yumşaq və sərt bacarıqların nəzəri və praktiki şəkildə öyrədildiyi bu ixtisasda tələbə təqdiqatın aparılması və kompüter bacarıqlarını inkişaf etdirir.

İlk iki ildə intensiv olaraq praktiki və ixtisas yönümlü ingilis dilinin tədris olunması tələbələrə ticarət və logistika sahəsində sənədləşməni apara bilmək və beynəlxalq layihələrdə iştirak etmək imkanı verir. Karyeranın planlanması fənni ilə tələbələrə birinci kursdan öz uğurlu karyerasının qurulması yolları göstərilir. Həmçinin, tələbələr gömrük orqanlarında hər il təcrübə keçmək imkanı qazanırlar.

Bu ixtisası uğurla bitirən məzun beynəlxalq səviyyədə iqtisadiyyat, biznes, ticarət və logistika sahələrində yetərli biliyə sahib olmaqla, ölkə və qlobal iqtisadiyyatda baş verən prosesləri doğru təhlil etmək bacarığına sahib olur. Biznesə başlama, onu inkişaf etdirmə, qlobal brendə çevrilmə, eləcə də gömrük əməliyyatlarını tam yerinə yetirə bilən mütəxəssis kimi formalaşır.

 

İnformasiya texnologiyaları
Bakalavr

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsinə yeni ixtisas - “İnformasiya texnologiyaları” ixtisası üzrə tələbə qəbulu həyata keçiriləcək. I ixtisas qrupu üzrə qəbul aparılacaq ixtisasa 20 yer nəzərdə tutulur. Bununla da, Akademiyada bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı beş olacaq.