Baş səhifə
Akademiyanın rəisi

Akademiyanın rəisi

Novruzov Qulu Novruz oğlu

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi
Gömrük xidməti
general-mayoru

 

1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək) Nehrəm kəndində anadan olmuşdur.

1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fərqlənmə diplomu ilə bitirmiş, 1997-1999-cu illərdə təhsil aldığı fakültənin dekanlığında metodist vəzifəsində çalışmışdır.  

1999-cu ildən Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmış, həmin vaxtdan eyni zamanda Bakı Dövlət Universitetinin beynəlxalq ümumi hüquq kafedrasının müəllimidir.

Fransanın Nitsa Sofia-Antipolis, ABŞ-ın Minnesota və Kanzas universitetlərində, Beynəlxalq Əmək Təşkilatının Turindəki təlim mərkəzində, həmçinin Yapon Beynəlxalq Əməkdaşlıq Agentliyinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin müvafiq ölkələrdə təşkil etdiyi müxtəlif təlim proqramlarını tamamlamışdır.

2005-2006-cı illərdə Amerika Beynəlxalq Təhsil Şurasının həyata keçirdiyi Ali Məktəb Müəllimlərinin İnkişafı Proqramı (JFDP) üçün təşkil edilmiş müsabiqənin qalibi kimi ABŞ-ın Vaşinqton Universitetinin Hüquq məktəbində qonaq alim statusunda proqram kursunu tamamlamış və tədqiqat aparmışdır.

Avropa Şurası və Avropa Birliyinin təhsillə bağlı Almaniya, Fransa, Belçika, Latviya, Norveç, Rumıniya, Rusiyada və digər ölkələrdə keçirilmiş müxtəlif konfranslarında iştirak etmişdir. Müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası və hökumət işçi qrupunun tərkibində təhsil üzrə ekspert kimi çalışmışdır. 2003-2010-cü illərdə Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin, 2007-2011-ci illərdə isə İSESCO İcraiyyə Komitəsinin üzvü kimi Azərbaycanı təmsil etmişdir.

2010-cu ildə beynəlxalq hüquq sahəsində hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 30-dan artıq elmi məqalə, bir monoqrafiya, bir metodik vəsait, bir dərs vəsaiti və bir neçə proqramın müəllifidir.

2000-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində “Xaricdə təhsil alan tələbələr üzrə iş” sektorunun müdiri vəzifəsində, 2007-2010-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində “Beynəlxalq əlaqələr” şöbəsinin  müdiri vəzifəsində, 2011-2013-cü illərdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə 30-dək dövlət ilə müxtəlif Hökumətlərarası Komissiyaların, BMT-nin ixtisaslaşmış qurumları və Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı təmsilçi nümayəndə heyətlərinin, Dövlət Komissiyalarının, həmçinin Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub.

Q.Novruzov 2013-2016-cı illərdə AR Təhsil Problemləri İnstitutunun (indiki Təhsil İnstitutu) direktoru, 2016-2018-ci illərdə isə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışıb. Qeyd olunan  iki müəssisəyə rəhbərliyi dövründə köklü və radikal islahatların müəllifi kimi tanınmışdır. 2018-ci ilin sentyabr-oktyabr aylarında aparılmış virtual sorğuda Azərbaycan Dövlət Pedaqoji Kolleci respublikanın ən yaxşı kolleci seçilmişdir.

30 oktyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsinə təyin edilmişdir.

Keçmiş Sovet ordusu sıralarında iki illik həqiqi hərbi xidməti tamamlamış, ehtiyatda olan zabitdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzova gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Ailəlidir, üç övladı var.