Baş səhifə
Magistratura
Magistratura
Gömrük işi
Gömrük işi magistr ixtisaslaşması– gömrük sahəsində ölkənin qabaqcıl mütəxəssisləri ilə elmi-praktiki təhsil təşkil edərək gömrük xidməti sferasında peşəkar mütəxəssis hazırlayır.
Burada tələbələrə əvvəlcə dünya iqtisadiyyatı istiqamətində qloballaşmada iqtisadi inteqrasiya, transmilliləşmə, geoiqtisadiyyat, xarici ticarət modelləri, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi və iqtisadi səmərəliliyi kimi nəzəriyyə bazası gücləndirilir, eləcə də ÜTT və ÜGT kimi qlobal ticarəti tənzimləyən beynəlxalq təşkilatlar və Azərbaycan gömrük siyasətinin formalaşmasına təsiri kimi mövzular tədris olunur. Gömrük işinin müasir təşkili üzrə isə Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi, gömrük vergi və rüsumlarının optimallaşdırılması kimi gömrük siyasəti ilə əlaqəli sahələr təhlil edilir.
Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinə əsaslanan gömrük siyasətinin optimal təşkil edilməsi bu ixtisasın əsas predmetidir.
Gömrük işi magistrantları gömrük sahəsində nəzəriyyə və praktikada qarşıya çıxan problemlərin elmi-praktiki həllinə əsaslanan dissertasiya işi hazırlayır. Həmçinin, magistrantlar gömrük orqanlarının müxtəlif struktur bölmələrində elmi-tədqiqat təcrübəsi keçirlər.
Beynəlxalq iqtisadi hüquq
Beynəlxalq iqtisadi hüquq ixtisaslaşması beynəlxalq ticarət, investisiya, maliyyə-valyuta, vergi və gömrük yığımları kimi əhəmiyyətli dövlətlərarası iqtisadi münasibətlər üzrə nəzəri və təcrübi biliyə malik peşəkar kadrların hazırlanmasını təmin edir.
İxtisaslaşmanın tədris planı bu sahə üzrə mütəxəssis hazırlığı aparan nüfuzlu xarici və yerli universitetlərin təcrübəsi diqqətə alınaraq hazırlanmışdır.
Təhsil müddətində beynəlxalq hüquq və gömrük sahələrini birləşdirən xarici ticarətin tənzimlənməsi, beynəlxalq nəqliyyat və logistika, beynəlxalq ticarət hüququ, beynəlxalq iqtisadi təşkilatlar və transmilli korporasiyalar, beynəlxalq iqtisadi təhlükəsizlik istiqamətləri üzrə fənlər tədris olunur.
Magistrantlar gömrük orqanlarının müxtəlif struktur bölmələrində elmi-tədqiqat təcrübəsi keçirlər.