Baş səhifə
Beynəlxalq təşkilatlarla təlim-tədris əməkdaşlığı
Beynəlxalq təşkilatlarla təlim-tədris əməkdaşlığı
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) Dövlət Gömrük Komitəsi (DGK) ilə əlaqədar keçirilən bütün yerli və beynəlxalq təlimlərin, seminarların və konfransların təşkili və əlaqələndirilməsi işləri üzrə məsul qurumdur. Bu baxımdan gömrük orqanlarında calışan gömrük işçilərinin təhsilinin inkişafı məqsədilə DGKA-nın bu istiqamətdəki beynəlxalq əməkdaşlıq fəaliyyəti Azərbaycan Respublikasının bu sahədə əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq təşkilatlarla müntəzəm və sistematik əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə yönəlmişdir. Bu məqsəddən irəli gələn hər bir təşəbbüs Azərbaycanda gömrük xidməti orqanlarının milli və beynəlxalq gündəminə, o cümlədən DGK-nın ehtiyaclarına və prioritetlərinə əsaslanır.
Hazırda DGKA bu sahədə potensialın inkişaf etdirilməsi, həmçinin təlimlərin və tədbirlərin keçirilməsi istiqamətində aşağıda qeyd olunan beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri ilə əməkdaşlıq qurmuşdur və onlardan bəziləri ilə əməkdaşlıq quruculuğuna davam edir:
- ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi (ROCB)
- Ümumdünya Ticarət Təşkilatı (WTO)
- Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP)
- Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası (UNECE)
- Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD)
- Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosu (UNODC)
- Beynəlxalq Narkotiklərə Nəzarət Şurası (INCB)
- Beynəlxalq Qırmızı Xaç Komitəsinin (ICRC) Azərbaycandakı Nümayəndəliyi
- Beynəlxalq Miqrasiya Təşkilatı (IOM)
- Dünya Bankı Qrupu (WB Group)
- Beynəlxalq Valyuta Fondu (IMF)
- Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Cinayət Polisi Təşkilatı (INTERPOL)