Baş səhifə
Elanlar
Gömrük Akademiyası Ege Universiteti ilə birlikdə beynəlxalq simpozium təşkil edir
Gömrük Akademiyası Ege Universiteti ilə birlikdə beynəlxalq simpozium təşkil edir
25.05.2023 16:25Dövlət Gömrük Komitəsinin Akademiyasının və Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə 25-26 may 2023-cü il tarixlərində “Türkiyə-Rusiya əlaqələri” mövzusunda III Beynəlxalq Simpozium keçiriləcək.
Simpoziumun məqsədi SSRİ-nin dağılmasından sonra Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası arasında yaranmış sosial, iqtisadi və siyasi münasibətləri müzakirə etmək və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verməkdir. Onlayn formatda 2 gün ərzində davam edəcək simpoziuma hər iki ali təhsil müəssisəsinin nümayəndələri ilə yanaşı, Rusiya, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Hollandiya və Ukraynadan da alim-tədqiqatçılar qatılacaqlar.
Simpoziumda iki ölkə münasibətlərinə konseptual yanaşmalar (güc, şəxsiyyət və s.), regional münaqişələr və beynəlxalq müdaxilə, Avrasiyanın və Avropanın gələcəyində risklər və imkanlar, Türkiyə-Rusiya münasibətlərinin sosial-mədəni ölçüsü, Türkiyə-Rusiya münasibətlərinin türk dünyasına təsiri, Türkiyə-Rusiya Münasibətlərinin siyasi iqtisadiyyatı, teo-strateji yanaşmalar və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, ötən il də Akademiya ilə Türk Dünyası Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Soyuq müharibədən sonrakı dövrdə sosial, iqtisadi və siyasi inkişaf kontekstində Cənubi Qafqaz" mövzusunda II beynəlxalq simpozium keçirilmişdir.
“Türkiyə-Rusiya əlaqələri” mövzusunda III Beynəlxalq Simpoziuma onlayn müraciət üçün keçid linki: