Baş səhifə
Work4CE
Work4CE
2020-ci ilin yanvar ayından etibarən Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) Erasmus+ WORK4CE layihəsində iştirak etmək məqsədi ilə layihənin konsepsiya sənədini hazırlayaraq, müraciət ərizəsini təqdim edərək, Ukraynanın Milli Zaporijiya Politexnik Universitetinin rəhbərlik etdiyi Ali təhsil sahəsində potensialın inkişafı (2020-EAC/A02/2019) məqsədinə əsaslanan Erasmus+ KA2 layihəsinə qatılıb.
2020-ci ilin avqust ayında Avropa İttifaqının təhsil, audiovizual vasitələr və mədəniyyət üzrə İcraçı Agentliyi (EACEA) tərəfindən layihənin seçim nəticələri elan edildi və layihəyə maliyyə vəsaiti ayrıldı.
Layihənin adı «21-ci əsrdə sağlam və təhlükəsiz iş fəaliyyəti üçün sahələrarası səlahiyyətlər», qısaldılmış başlığı isə «Work4CE» olaraq təqdim edilir.
Layihə 2020-ci ilin noyabr ayından başlayaraq - 2023-cü ilin noyabr ayına kimi olan müddət ərzində həyata keçiriləcək.
Konsorsiumun üzvləri siyahısına DGKA ilə yanaşı aşağı qeyd olunan universitetlər də daxildir:
· Belçikanın Löven Katolik Universiteti
· Almaniyanın Dortmund Tətbiqi Elmlər Universiteti
· Kiyev Milli Memarlıq və İnşaat Universiteti
· Azərbaycan Dövlət Neft və Sənayə Universiteti
· İspaniyanın Del Pais Vasko Universiteti
· Azərbaycan Memarlıq və İnşaat Universiteti
· Ternopil Milli İqtisad Universiteti
Layihənin təsviri:
Müasir rəqəmsal dövrdə Work4CE layihəsi məzunların iş fəaliyyəti ilə bağlı məşğulluq məsələlərini yaxşılaşdırmaq məqsədi ilə ali təhsil və digər müəssisələr arasında yaradılan əməkdaşlığının yeni formalarını inkişaf etdirilməsinə yönəlmişdir.
Mühazirəçilərin, sahə üzrə mütəxəssislərinin və peşəkar assosiasiyalarının üzvlərinin (layihənin tətbiq edildiyi ölkələrdə EuroPIM konsorsiumunda istifadə edildiyi kimi) birgə uğurlu istehsal yanaşmasının tətbiqi ilə rəqəmsal çevrilmənin idarə olunması üçün yeni peşəkar səriştələr inkişaf etdiriləcəkdir.
Bu yanaşma tərəfdaş ölkələrdə akademik mühit ilə sənayə arasındakı boşluğu aradan qaldırmağa və məzunları iş mühitinin çevrilməsinin öhdəsindən gəlmək, harada olduqlarını və hara getmək istədiklərini qiymətləndirmək, iş mühitinin sağlamlığını və təhlükəsizliyini nəzərə almaqla davamlığı təmin etmək üçün səriştələrlə təchiz edəcəkdir.
Əlavə məlumat əldə etmək üçün Erasmus+ (https://ec.europa.eu/programmes/erasmus-plus/projects/eplus-project-details/#project/619034-EPP-1-2020-1-UA-EPPKA2-CBHE-JP) və Work4CE (https://work4ce.eu/) layihəsinin veb saytalarının səhifələrinə müraciət edə bilərsiniz.
Akademiyanın Work4CE layihəsindəki fəaliyyəti çərçivəsində əsas məqsədi Azərbaycan Respublikasının gömrük xidməti orqanlarının peşəkar və ixtisaslaşmış gömrük kadrlarının hazırlanması üçün imkanlarının modernləşdirməsi və gücləndirməsidir.
Bu baxımdan layihə çərçivəsində DGKA-nın fəaliyyəti, tədris-təlim sisteminin, tədris proqramlarının, institusional potensialının, təşkilati fəaliyyətinin, idarəetmə və idarəetməsinin modernləşdirməsinin və təkmilləşdirmənin Avropa universitetlərinin konsorsiumunun təcrübəsinə uyğun olaraq həyata keçirməsi üçün aşağıda qeyd olunan hədəflərdən ibarətdir:
· DGKA-nın bu layihədə iştirakının əsas hədəflərindən biri Azərbaycanda gömrük sahəsi üzrə təlim-tədrisin «Sənaye 4.0» tələbatlarına, xüsusilə, milli gömrük qurumlarının rəqəmsal transformasiyasına uyğunlaşdırılaraq təkmilləşdirilməsi;
· Seçilmiş innovasiya yeniliklərini və tələb olunan yüksək akademik modulları ikili akademik dərəcə proqramı kimi daxil edilməsi;
· DGKA-nın tərkibində Gömrük Karyera İnkişaf Mərkəzinin yaradılması.
Layihə haqqında daha ətraflı məlumat layihənin icra müddəti ərzində veriləcəkdir.
Avropa Komissiyasının bu layihəniт məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır.