Baş səhifə
Açıq Elm Siyasəti

Açıq Elm Siyasəti

 

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA)1

Açıq Elm Siyasəti

 

1. Giriş 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGKA) Akademiyası gömrük sahəsində tədqiqatların, təhsilin və innovasiyaların inkişafı məqsədilə, beynəlxalq standartlar əsasında bu Açıq Elm Siyasəti (AES) sənədini yaratmışdır. AES DGKA-nın Azərbaycan Respublikası gömrük xidməti orqanları üçün peşəkar kadrların hazırlanması, gömrük və digər əlaqədar sahələrdə elmi, elmi-praktiki və digər tədqiqatların aparılması və beynəlxalq elmi əməkdaşlığın təşviqi məqsədlərinə xidmət edir. AES bilavasitə DGKA-nın tədqiqat və elm siyasəti üzrə səylərini ən yaxşı beynəlxalq təcrübələrlə tənzimlənməsini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) tədqiqat ehtiyaclarını qarşılayarkən, DGKA-nın müvafiq tədqiqat materiallarının və nəticələrinin həm Azərbaycan Respublikasında, həm də beynəlxalq elmi ictimaiyyətlə məqsədəuyğun şəkildə paylaşılmasını təmin edir.

2025-ci ilin yanvar ayından DGKA-da fəaliyyətə başlayacaq Gömrük Tədqiqatları Mərkəzi, İnnovasiya və İnkubasiya Mərkəzi, Beynəlxalq Əməkdaşlıq və Layihələr Ofisi AES-ni DGKA-nın rəhbərliyi Elmi Şurası, həmçinin DGKA Kitabxanası və Akademiyanın kafedraları  ilə əməkdaşlıq çərçivəsində birgə həyata keçirəcəklər.

Bu Açıq Elm Siyasəti sənədi DGKA-nın Tədqiqat Strategiyasına  əsaslanır. 

 

2. Qanunvericilik və AES əhatə dairəsi

AES DGKA-nın təsdiqi ilə həyata keçirilən bütün tədqiqat fəaliyyətlərinə, nəşrlərə və məlumatlara şamil edilir. Bu cür layihələr DGK-nın müvafiq qaydaları, sərəncamları, əmrləri və digər normativ-hüquqi aktlarla tənzimlənəcək.

 DGKA-nın Gömrük Tədqiqatları Mərkəzi DGKA Nizamnaməsinə və DGKA-nın AES-in yaradılması haqqında Əmrinə uyğunluğu təmin edərək, bu siyasətin həyata keçirilməsinə nəzarət edəcək. Bütün fəaliyyətlər DGKA-nın Azərbaycan Respublikasının milli qanunvericiliyinə (xüsusilə, gömrük sahəsində müvafiq qaydalara riayət etməklə) Açıq Elmə bağlılığını əks etdirəcək.

Bu siyasət DGKA-nın Elmi Şurası və DGK  tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

 

3. Hüquqlar, öhdəliklər və vəzifələr

        3.1 DGKA-nın öhdəlikləri

DGKA Gömrük Tədqiqatları Mərkəzi vasitəsilə Akademiyanın unikal kontekstinə uyğunlaşdırılmış Açıq Elm prinsiplərinin uğurla həyata keçirilməsini təmin edəcək.

Siyasət koordinasiyası: DGKA-nın Gömrük Tədqiqatları Mərkəzi DGKA rəhbərliyi, Elmi Şurası, Akademiyanın kafedraları, Kitabxana və Beynəlxalq Əməkdaşlıq və Layihələr Ofisi ilə sıx əməkdaşlıq edərək siyasətin həyata keçirilməsinə rəhbərlik edəcək.

Etikaya nəzarət: DGKA Açıq Elm təcrübələrində etik standartları qorumaq üçün Gömrük Tədqiqatları Mərkəzi nin nəzdində rəisin sədrliyi ilə Tədqiqat Etikası üzrə Komitə yaradacaq.

İnfrastrukturun inkişafı: DGKA Açıq Elm fəaliyyətlərini dəstəkləmək üçün institusional repozitoriya və məlumat sistemi də daxil olmaqla qabaqcıl infrastrukturu təmin və inkişaf etdirəcəkdir..

Qiymətləndirmə və hesabat: DGKA beynəlxalq Açıq Elm prinsiplərinə, Azərbaycan Respublikası qanunlarına və  DGK-nın normativ-hüquqi aktlarına riayət olunmasını təmin edərək, bu siyasətə uyğunluğu müntəzəm olaraq qiymətləndirəcək.

 

3.2 Tədqiqatçının vəzifələri

DGKA tədqiqatçıları, o cümlədən professor-müəllim heyəti və tələbələr DGKA-nın məqsədlərinə uyğunluğu təmin edərək, bütün fəaliyyətlərində bu siyasətə riayət etməlidirlər:

Etik uyğunluq: DGKA-da tədqiqatçılar Tədqiqat Etikası üzrə Komitə və Gömrük Tədqiqatları Mərkəzi tərəfindən müəyyən edilmiş qaydalara əməl etməlidirlər.

Məlumatların idarə edilməsi: Bütün DGKA tədqiqatçıları (bura DGKA-nın qəbul edəcəyi və ya DGKA tədqiqatlarında iştirak edəcək digər tədqiqatçılar da daxildir) öz layihələri üçün məlumatların təhlükəsizliyi və əlçatanlığı ilə bağlı Məlumat İdarəetmə Planlarını (MİP) hazırlamalıdırlar.

Əməkdaşlıq: Tədqiqatçılar işlərinin Açıq Elm standartlarına uyğun olmasını təmin etmək üçün DGKA-nın Gömrük Tədqiqatları Mərkəzi və digər müvafiq departamentlərlə fəal şəkildə əlaqələndirməlidirlər.

 

3.3 Nəşrlərə açıq çıxış

DGKA tədqiqatçılarından DGK ilə bağlı və digər qanuni məxfilik tələblərinə riayət etməklə, əlçatanlığı və görünərliliyi təmin etmək üçün öz nəşrlərini DGKA Rəqəmsal Arxivində saxlamaları tələb olunur.

Metadata mübadiləsi: Embarqo edilmiş və ya məhdudlaşdırılmış nəşrlər üçün DGKA tədqiqatçıları  nəşrlərə əlçatanlığı və onların aşkarlıq səviyyəsini  artırmaq üçün nəşrlərin metadatalarına açıq çıxışı təmin etməlidirlər.

Gömrük və digər sahələrlə əlaqəlilik: DGKA tədqiqatçıları öz nəşrlərində onların tədqiqat məhsullarının Akademiyaya mənsubiyyətini, nəşrlərin gömrük və əlaqədar sahələrlə bağlı olduğunu açıq şəkildə əks etdirilməlidirlər. Bununla belə, DGKA tədqiqatları gömrük sahəsi ilə məhdudlaşmır, həm də Azərbaycan Respublikasında milli və beynəlxalq səviyyələrdə prioritet təşkil edən sahələri (bu sahələr Akademiyanın mövcud akademik fəaliyyət və tədqiqat sahələrinə uyğun olmalıdır) də əhatə edə bilər. 

 

4. Tədqiqat məlumatlarına açıq çıxış

DGKA Azərbaycan Respublikasında gömrük xidməti orqanlarının ehtiyacları ilə bağlı aparılan tədqiqatlar və müvafiq məlumatların paylaşılması ilə bağlı mövcud qanunvericilik və digər normativ-hüquqi aktları nəzərə alaraq,  nəşrlərin və digər tədqiqat məlumatlarının təhlükəsiz və etik şəkildə paylaşılmasını təşviq edir

• Məlumatların saxlanması: DGKA tədqiqatçıları tədqiqat məlumatlarını DGKA-nın Gömrük Tədqiqatları Mərkəzinin  təyin etdiyi  elektron arxivdə (DGKA Rəqəmsal Arxivində) saxlamalıdırlar.

• Məxfi məlumatların idarə edilməsi: Azərbaycan Respublikasında gömrük sahəsində müvafiq qanunvericiliklə və digər normativ-hüquqi aktlarla məhdudlaşdırılan  həssas məlumatları özündə əks etdirən hər hansı bir tədqiqat məhsulu və ya nəşrdən başqa, digər bütün nəşrlər və tədqiqat məhsulları təfərrüatlı metadatalara malik olmalıdır. Bu, tədqiqatçının məsuliyyət dairəsinə aiddir.

• FAIR (Findable, Accessible, Interoperable, Reusable) prinsiplərinə uyğunlaşdırılması: DGKA tərəfindən aparılan müvafiq tədqiqatlar, nəşrlər və onlara dair məlumatlar gömrük tədqiqatları kontekstləri üçün uyğunlaşdırılmış Tapıla bilən, Əlçatan, İnteroperativ və Yenidən istifadə oluna bilən (FAIR) prinsiplərinə   uyğun olmalıdır.

 

5. Açıq elmi təcrübələr

DGKA gömrük və əlaqədar sahələrdə innovativ həlləri əhatə edən tədqiqatlar üçün Açıq Elm təcrübələrini fəal şəkildə dəstəkləyir:

• İnnovativ layihələr: DGKA nəzdində İnnovasiya və İnkubasiya Mərkəzi Açıq Elm metodologiyalarından istifadə etməklə gömrük və digər sahələrdə  innovativ həlləri təşviq edən layihələrə rəhbərlik edəcək.

• Birgə təşəbbüslər: DGKA-nın Gömrük Tədqiqatları  Mərkəzi transsərhəd tədqiqat əməkdaşlığını təşviq edəcək.

• Təhsil resursları: DGKA müvafiq sahələrdə bilik, bacarıq və səriştələri təkmilləşdirmək məqsədilə, gömrük əməkdaşları və maraqlı tərəflər üçün hazırlanmış Açıq Təhsil Resurslarını (OER) inkişaf etdirəcək.

 

6. İnfrastruktur

DGKA beynəlxalq standartlara uyğunluğu təmin etmək və gömrüklə bağlı xüsusi ehtiyacları aşağıdakı kimi qarşılamaq istiqamətində Açıq Elm məqsədlərini dəstəkləmək üçün zəruri infrastruktur quracaq və onu inkişaf etdirəcək:

• Repozitoriya standartları: DGKA Rəqəmsal Arxivi gömrük tədqiqatı üçün tələb olunan xüsusiyyətləri birləşdirməklə yanaşı, “OpenAIRE” çərçivəsinə kimi qlobal standartlarIarı nəzərə almaqla yaradılacaq.

• Texnologiya və innovasiya: DGKA Gömrük Tədqiqatları Mərkəzi və DGKA İnnovasiya və İnkubasiya Mərkəzi məlumat mübadiləsini və tədqiqatı asanlaşdırmaq üçün qabaqcıl alətlər və platformalar hazırlayacaq.

 

7. Tədqiqatın qiymətləndirilməsi və təhlili

DGKA Açıq Elm prinsiplərinə riayət etməyi təşviq etməklə yanaşı, gömrük yönümlü tədqiqatların keyfiyyətinə və aktuallığına üstünlük verən tədqiqat qiymətləndirilməsi çərçivəsi yaradacaqdır. Bu çərçivə multidissiplinar yanaşmaları və müxtəlif karyera mərhələlərində olan tədqiqatçıların maraqlarını nəzərə alacaqdır.

 

8. Təlim

DGKA tədqiqatçılarını və tələbələrini Açıq Elm üçün lazım olan bacarıqlarla təchiz etmək üçün hərtərəfli təlim proqramları təşkil edəcək:

• Fərdi modullar: DGKA-nın Gömrük Tədqiqatları Mərkəzi  tədqiqat fəaliyyətində etik davranış, nəşr təcrübələri, DGK qaydaları , beynəlxalq standartlara uyğunluğa yönəlmiş təlim sessiyaları təşkil edəcəkdir.

• Təhsilə inteqrasiya: Gələcək gömrük mütəxəssislərini şəffaf və etik tədqiqatlara hazırlamaq üçün Açıq Elm təcrübələri DGKA-nın akademik kurikulumlarına daxil ediləcək.

 

 9. Siyasətin etibarlılığı

AES-in aktuallığının, effektivliyinin qorunması, siyasətin icrası prosesində əldə edilmiş təcrübələri nəzərə alaraq AES-i təkmilləşdirmək məqsədilə, DGKA rəhbərliyi, Elmi Şurası və Gömrük Tədqiqatları Mərkəzi tərəfindən siyasətin effektivliyi iki ildən bir nəzərdən  keçiriləcək.

 

Əlavə: Terminlərin izahı

• DGKA-ya məxsus Açıq Giriş: Gömrük fəaliyyəti sahəsində  məxfilik və digər qanunları nəzərə alaraq, nəşrləri sərbəst şəkildə əldə etmək üçün çərçivə.

• Gömrük Tədqiqatları Mərkəzi : Bu AES-i həyata keçirmək və tədqiqat fəaliyyətini əlaqələndirmək üçün məsul olan DGKA bölməsi.

• Məlumat İdarəetmə Planı (MİP): Tədqiqat məlumatlarının idarə edilməsi, təhlükəsizliyin və əlçatanlığın təmin edilməsi üçün strukturlaşdırılmış plan.

 

1Azərbaycan, Xəzər Universitetinin koordinatorluğu ilə Aİ tərəfindən maliyyələşdirilən Erasmus+ DIRNA layihəsi (2023-2026) çərçivəsində hazırlanmışdır.