Baş səhifə
Elanlar
Dövlət Gömrük Komitəsinin Akademiyası IT sahəsi üzrə müəllimləri əməkdaşlığa dəvət edir

Dövlət Gömrük Komitəsinin Akademiyası IT sahəsi üzrə müəllimləri əməkdaşlığa dəvət edir

24.08.2021 11:25

Gömrük Akademiyası İnformasiya təhlükəsizliyi və İnformasiya texnologiyaları ixtisasları üzrə beynəlxalq təcrübəyə əsaslanaraq müasir tədris metodlarından istifadə edərək peşəkar mütəxəssis hazırlayır. Akademiyanın hazırki tələbələri bir neçə proqramlaşdırma dillərinə sahib olmaqla, sərbəst olaraq veb və mobil proqramlar qurur, dizayn və qrafika işlərini aparır və təhlükəsizlik divarları yarada bilir.

Akademiya bu semestr üzrə Əməliyyat sistemləri, İnformasiya mühafizəsinin alətləri, Elektronika və sxemotexnika istiqamətləri üzrə müəllimləri əməkdaşlığa dəvət edir.

Bütövlükdə isə, Python, C++, Java proqramlaşdırma dilləri, proqramlaşdırma texnologiyaları və metodları, MATLAB mühitində modelləşdirmə, kompüter virusları və antiviruslar, süni intellekt, kibertəhlükəsizlik, steqanoqrafiya sahələri üzrə mütəxəssisləri əməkdaşlığa çağırır.

Əməkdaşlıq etmək istəyən şəxslərin CV məlumatlarını 27 avqust 2021-ci il tarixinə qədər elvin.alirzayev@ascca.edu.az e-poçt adresinə göndərmələri xahiş olunur.

Beynəlxalq təcrübəyə və sözügedən sahədə iş təcrübəsinə sahib mütəxəssislərə üstünlük verilir.