Baş səhifə
Elanlar
DGKA “EBSCO eBook akademik kolleksiyası” ndan istifadə imkanı təqdim edir

DGKA “EBSCO eBook akademik kolleksiyası” ndan istifadə imkanı təqdim edir

01.05.2022 13:46

Dövlət Gömrük Komitəsinin Akademiyası professor-müəllim heyəti və təhsilalanları üçün 2022-ci il may ayının 1-dən iyul ayının 31-dək EBSCO eBook kolleksiyasının elektron resurslarından ödənişsiz istifadə imkanı təqdim edir.

Mütəmadi olaraq yenilənən və aparıcı nəşriyyatların 205,000-dən artıq e-kitablarını əhatə edən kolleksiyaya Akademiya daxili kompüterlərdən qeyd edilən linkə https://search.ebscohost.com/ daxil olmaqla çıxış əldə etmək mümkündür.

Əlavə məlumat üçün Library@ascca.edu.az e-poçt ünvanına müraciət edə bilərsiniz.