Baş səhifə
Elanlar
Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin nəzərinə!

Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin nəzərinə!

06.09.2021 23:22

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin qeydiyyatı onlayn qaydada həyata keçiriləcəkdir.

Tələbə adını qazanmış şəxslər 2021-ci il sentyabrın 7-dən 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidirlər.

Müəyyən olunmuş müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və DİM tərəfindən onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir!

Qeydiyyatdan sonra abituriyentlər Akademiyaya dəvət olunduqları vaxt aşağıdakı sənədləri təqdim etməlidirlər:

·       Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

·       Tam orta təhsil haqqında sənəd (attestat);

·        3x4 ölçüdə 4 ədəd fotoşəkil (ağ fonda);

·       İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin əsli və surəti (oğlanlar üçün);

·       Təhsil haqqının ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün);

·       Sağlamlıq haqqında arayış (forma 86);

·       Tərcümeyi hal (Akademiyada təqdim olunan blankda doldurulacaq).

 

Qeyd: Təhsil haqqı ödənişindən azad olunan xüsusi statuslu (məcburi köçkün, şəhid ailəsinin üzvü və s.) abituriyentlər göstərilən sənədlərdən başqa, statusu ilə bağlı əlavə sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini  də təqdim etməlidirlər.

Ən çox verilən suallar

Əlaqə üçün:

e-mail: tedris@ascca.edu.az

telefon: (012) 404-12-00 (dax. 3306)