Baş səhifə
Elanlar
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN AKADEMİYASINDA VAKANT VƏZİFƏLƏRLƏ BAĞLI ELAN
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN AKADEMİYASINDA VAKANT VƏZİFƏLƏRLƏ BAĞLI ELAN
06.11.2024 11:10AKADEMİK HEYƏT ÜZRƏ
Hüquq və humanitar elmlər kafedrası
Müəllim / baş müəllim / dosent vəzifəsi
Namizədlərə dair tələblər:
- Xüsusi/ümumi hüquq sahəsində ən azı hüquq üzrə fəlsəfə doktoru dərəcəsinə və ya xaricdə magistr dərəcəsinə sahib olmaq;
- Müvafiq istiqamət üzrə bir neçə fənni tədris etmə bacarığı;
- Müvafiq sahə üzrə elmi tədqiqat aparmaq bacarığı və elmi nəticələri;
- Fənlərin tədrisində müasir təlim texnologiyalarından istifadə bacarıqları;
- Təhsillə bağlı layihələrin və hesabatların hazırlanması üzrə təcrübə;
- MS Office proqramlarından istifadə bacarıqları.
Qeyd: müvafiq sahə üzrə beynəlxalq sertifikatları və xarici dil biliyi olan namizədlərə üstünlük veriləcəkdir.
Gömrük işi və idarəetmə kafedrası
Müəllim / baş müəllim / dosent vəzifəsi
Namizədlərə dair tələblər:
- İqtisadiyyat, beynəlxalq ticarət, logistika, sahibkarlıq və biznes, menecment, gömrük işi və s. istiqamətlərdən biri və ya bir neçəsi üzrə ixtisaslaşma;
- Müvafiq sahə üzrə bir neçə fənni Azərbaycan və ingilis dillərində tədris etmə bacarığı;
- Makroiqtisadi təhlil və elmi tədqiqat aparmaq bacarıqları;
- Müvafiq fənlərin tədrisi üzrə pedaqoji təcrübə və müasir təlim texnologiyalarından istifadə;
- Təhsillə bağlı beynəlxalq layihələrin icrası üzrə təcrübə;
- MS Office proqramlarından istifadə bacarıqları.
Qeyd: xarici nüfuzlu universitetlərdən məzun olanlara, beynəlxalq sertifikatları və elmi dərəcəsi olan namizədlərə üstünlük veriləcəkdir.
İnformasiya texnologiyaları və texniki elmlər kafedrası
Müəllim / baş müəllim vəzifəsi
Namizədlərə dair tələblər:
İnformasiya təhlükəsizliyi üzrə:
- İnformasiya təhlükəsizliyi (Kibertəhlükəsizlik) üzrə praktik bacarıqlar;
- Tədris proqramında İnformasiya təhlükəsizliyi ilə bağlı bir neçə fənni Azərbaycan və ingilis dillərində tədris etmə bacarığı;
- Şəbəkə, Cloud , Verilənlər bazası və onun təhlükəsizliyi ilə bağlı biliklər;
- Kriptologiya və məlumatların məxfiliyinin qorunması üzrə biliklər;
- Nüfuzetmə testi və zəifliklərin aşkarlanması üzrə təcrübə;
- Kibertəhlükəsizlik üzrə beynəlxalq standartlar (ISO 27001, NIST) üzrə uyğunluq bacarıqları;
- SOC/SIEM sistemləri üzrə təcrübə və insidentlərin idarə olunması bacarığı;
- Sosial mühəndislik hücumlarına qarşı tədbirlər öyrətmə bacarığı.
Qeyd: Python və ya digər skript dili bacarıqları olan namizədlərə üstünlük veriləcəkdir.
İnformasiya texnologiyaları üzrə:
- Proqramlaşdırma (OOP) dil bilikləri (C/C++, Java , C#, Python və s.);
- Web proqramlaşdırma üzrə bacarıqlar (frontend və backend);
- Verilənlər bazası üzrə biliklər (Oracle SQL və s.);
- Dərsləri praktiki (layihə əsaslı) keçmə bacarığı;
- Yeni texnologiyalara uyğunlaşma və innovativ metodların tədris proqramına daxil edilməsi bacarığı;
- Sistem administrasiyası və infrastrukturun idarə olunması üzrə biliklər (Linux/Windows idarəetmə sistemləri, virtualizasiya, bulud həlləri);
- Proqram təminatı testləri və keyfiyyətin təminatı üzrə biliklər.
- Tədris proqramında İnformasiya texnologiyaları ilə bağlı bir neçə fənni Azərbaycan və ingilis dillərində tədris etmə bacarığı.
TƏDRİS-KÖMƏKÇİ HEYƏT ÜZRƏ
Monitorinq və qiymətləndirmə şöbəsi:
Mütəxəssis vəzifəsi
Namizədə dair tələblər:
- Ali təhsil sahəsində innovativ qiymətləndirmə strategiyalarının tətbiqi üzrə bacarıqlar;
- Müxtəlif istiqamətlərdə monitorinqlərin və sorğuların keçirilməsi, anket məlumatlarının analiz edilməsi və analitik hesabatların hazırlanması üzrə bacarıqlar;
- Təhsildə keyfiyyətin təminatı üzrə iş təcrübəsi və yaxud müvafiq sahə üzrə bacarıqlar;
- MS Office və MS Teams proqramlarından, tədrisin elektron idarəetmə sistemindən istifadə bacarıqları.
Tədris-metodiki işin təşkili şöbəsi:
Mütəxəssis vəzifəsi
Namizədə dair tələblər:
- Tədrisin təşkili və idarəolunması üzrə bacarıqlar;
- Ali təhsil sahəsində innovativ idarəetmə bacarıqları;
- Tədris-metodiki materialların və tədris planlarının hazırlanması üzrə təcrübə;
- Yüksək səviyyədə kargüzarlıq (rəsmi sənədlər tərtib etmə, hesabat və təqdimatlar hazırlama və s.) bacarıqları;
- Xarici dil bilikləri;
- Tədrisin elektron idarə edilməsi ilə bağlı bacarıqlar;
- MS Office və MS Teams proqramlarından istifadə bacarıqları;
- Tələbələrlə iş üzrə təcrübə.
Katiblik:
Mütəxəssis (beynəlxalq layihələr üzrə) vəzifəsi
Namizədə dair tələblər
- Xarici ali təhsil müəssisələri və təşkilatlarla əlaqələrin yaradılması və əməkdaşlığın qurulması üzrə təcrübə;
- Beynəlxalq təhsil layihələrinin hazırlanması, icrası və idarə edilməsi ilə bağlı bacarıqlar;
- Layihələrin icrası üzrə müxtəlif hesabatların, raportlarların, layihələrin maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə;
- Akademik sahədə əməkdaşlıq müqavilələri əsasında mübadilə, eləcə də ikili diplom və dərəcə proqramlarının yaradılması üzrə təcrübə;
- Xarici dildə (ingilis dili) mükəmməl işgüzar yazışma və kommunikasiya bacarıqları;
- MS Office proqramlarından istifadə bacarıqları.
Təqdim olunan vakansiyalar üzrə aşağıdakı göstəricilərə malik olan namizədlərə üstünlük veriləcəkdir:
- xaricdə təhsil və iş təcrübəsinə
- xarici dil (akademik səviyyədə) bacarıqlarına
- analitik və innovativ düşüncəyə
- təşəbbüskarlıq
- təşkilatçılıq və problemi həll etmə bacarıqlarına
- komanda ilə işləmə və yumşaq bacarıqlara
Namizədlərin öz CV-lərini 5 dekabr 2024-cü il tarixinədək info@ascca.edu.az elektron ünvanına göndərmələri xahiş olunur. Müvafiq vakant vəzifələrə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.