Baş səhifə
Elanlar
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərən, eləcə də birbaşa təmsilçilik fəaliyyətini yerinə yetirən şəxslərin nəzərinə
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərən, eləcə də birbaşa təmsilçilik fəaliyyətini yerinə yetirən şəxslərin nəzərinə
11.04.2020 09:31Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərən, eləcə də birbaşa təmsilçilik fəaliyyətini yerinə yetirən şəxslər üçün “Gömrük bəyannamələrinin doldurulması qaydalarının Metodologiyaları” (son əlavə və dəyişikliklər nəzərə alınmaqla) üzrə peşəkar təlimçilər tərəfindən təcrübi məşğələlər, izahlar və həllər göstərilməklə təlimlər təşkil olunur.
Təlimlərdə iştirak etmək üçün müraciət forması doldurulmalı və aşağıda qeyd olunan sənədlərin surətləri training@ascca.edu.az elektron poçt ünvanına göndərilməlidir:
1. Müəssisənin məktubu;
2. Əmək müqaviləsi bildirişi;
3. Şəxsiyyət vəsiqəsi.
Qeyd: müraciətlərə əsasən təlimlər axşam saatlarında da təşkil oluna bilər.
Əlaqə üçün - tel: (012) 404 12 00 (dax: 3306); email: training@ascca.edu.az