Baş səhifə
Elanlar
Dövlət Gömrük Komitəsinin Akademiyasının magistratura səviyyəsinə qəbul olmuş bakalavrların diqqətinə!

Dövlət Gömrük Komitəsinin Akademiyasının magistratura səviyyəsinə qəbul olmuş bakalavrların diqqətinə!

14.07.2021 09:12

Akademiyanın magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyat 2021-ci il iyulun 13-dən 22dək davam edəcəkdir.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeydiyyat üçün təlimat: https://edu.gov.az/uploads/news/07/telimat.pdf

Ən çox verilən suallar:

 https://drive.google.com/file/d/19FXunZuYmES6lid6BQoP6Q0hVu5mv1LC/view

 

Sonrakı mərhələdə qeydiyyatdan keçmiş tələbələr aşağıdakı sənədləri Akademiyaya təhvil verməlidirlər:

·       Şəxsiyyət vəsiqəsinin surəti;

·       Təhsil haqqında sənəd – diplomun və diploma əlavənin notarial təsdiqli surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər); cari ilin məzunları üçün universiteti bitirdikləri haqqında arayış.

·       4 ədəd 3x4 ölçüdə foto şəkil (ağ fonda);

·       İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (oğlanlar üçün);

·       Təhsil haqqında ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün).

Əlaqə üçün

e-mail: tedris@ascca.edu.az

telefon: (012) 404-12-00