Baş səhifə
Fişinq
Fişinq
(en. phishing, ru. фишинг, tr. yemleme) elektron fırıldaqçılığın bir növü. “Bulanıq suda balıq tutmaq” ifadəsinə eyham olaraq, ingiliscə password (parol) və fishing (balıq ovu) sözlərindən düzəldilib. Mahiyyəti spamerlər tərəfindən elektron poçt vasitəsilə məktub alanların kredit kartlarının nömrələrini, yaxud onlayn ödəniş sistemlərinə giriş parollarını ələ keçirmək cəhdindən ibarətdir. Belə məktublar, adətən, bank administrasiyasından gələn rəsmi məlumat kimi maskalanır. Həmin məlumatda bildirilir ki, məktubu alan özü haqqında məlumatı təsdiqləməlidir, yoxsa onun hesabı dondurulacaq. Məktubda spamerlərə məxsus saytın ünvanı göstərilir ki, ora daxil olub açılan formanı doldurmaq lazımdır. Elə həmin formada fırıldaqçılara lazım olan məlumatların da daxil edilməsi tələb olunur. Hiylənin başa düşülməməsi üçün yalançı saytın tərtibatı bankın rəsmi saytının tərtibatı ilə eyni olur.