Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri “Vergilər” mövzusunda keçirilən ümumrespublika olimpiadasında iştirak ediblər
Gömrük Akademiyasının tələbələri “Vergilər” mövzusunda keçirilən ümumrespublika olimpiadasında iştirak ediblər
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və “PwC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının yekun mərhələsi keçirilib. DVX-nın Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında təşkil olunan olimpiadanın yekun mərhələsinə seçim turundan uğurla keçən digər ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də qatılıblar.
Olimpiadanın keçirilməsində əsas məqsəd “Heydər Əliyev ili”ndə ali təhsil müəssisələrinin tələbələri arasında vergitutma sahəsində biliklərin aşılanması, habelə vergi sahəsinə marağın artırılmasıdır.
İki gün ərzində davam edən olimpiadanın yekun mərhələsində tələbələr vergilər mövzusunda öz bilik və bacarıqlarını sınayıblar.
Sonda sertifikatlar, mükafatlar təqdim olunub.