Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası təhsil festivalında təmsil olunub

Gömrük Akademiyası təhsil festivalında təmsil olunub

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Elm və Təhsil Nazirliyi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Astarada təhsil festivalı keçirilib. Elm və təhsil naziri Emin Əmrullayevin, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin, millət vəkillərinin, yazıçıların, nəşriyyat rəhbərlərinin və rayon ictimaiyyətinin iştirak etdiyi festivalda digər ali təhsil müəssisələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyası da təmsil olunub.

Festivalın keçirilməsində məqsəd ölkə üzrə təhsilin inkişafı üçün maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılmasıdır.

Festivalda Dövlət Gömrük Komitəsinin Akademiyası haqqında qurulan stend tədbir iştirakçılarının marağına səbəb olub. Stenddə Akademiyanın təhsil, elm və sosial-mədəni sahələrdəki fəaliyyətini özündə əks etdirən məlumat materialları nümayiş olunub. Akademiya tələbələri tədbir iştirakçılarına təhsil aldıqları ali təhsil müəssisəsi haqqında geniş məlumat veriblər.