Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının Debat Klubu Gənclər Günü münasibətilə mükafatlandırılıb

Gömrük Akademiyasının Debat Klubu Gənclər Günü münasibətilə mükafatlandırılıb

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun tərəfdaşlığı ilə Gənclər Gününə həsr olunmuş Debat raundu keçirilib.

Tədbirdə Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktor müavini Qədir Xəlilov, Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxış edərək gəncləri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Milli Debat Proqramı çərçivəsində il ərzində fəaliyyəti ilə fərqlənən digər debat klublar, regional debat mərkəzləri və fəal gənclərlə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Debat Klubu da Gənclər Günü münasibəti ilə mükafatlandırılıb.