Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatı "İlin Tələbə Gənclər Təşkilatı" adına layiq görülüb

Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatı "İlin Tələbə Gənclər Təşkilatı" adına layiq görülüb

2 fevral-Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının "ReBrend" Forumu keçirilib. TGT-lərin uzunmüddətli PR strategiyasının müəyyən olunması, inkişaf üçün düzgün planlanma aparılmasına dəstək olmaq məqsədilə təşkil edilən Forum çərçivəsində ilin ən aktiv Tələbə Gənclər Təşkilatları mükafatlandırılıb.

Forumda 2022-ci il ərzində aktiv fəaliyyəti və ölkənin ictimai sosial həyatına verdiyi töhfəyə görə digər iki ali təhsil müəssisəsi ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı da "İlin Tələbə Gənclər Təşkilatı" adına layiq görülüb.

Bu münasibətlə Akademiyanın Tələbə Gənclər Təşkilatının sədri Fizzə İsmayılova başda olmaqla, bütün TGT komandasını təbrik edir və Gənclər Günü münasibətilə tələbələrimizin timsalında Azərbaycan gəncliyinə uğur dolu gələcək və sağlam həyat arzu edirik.