Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında payız semestrinin imtahan sessiyası yekunlaşıb

Gömrük Akademiyasında payız semestrinin imtahan sessiyası yekunlaşıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası yekunlaşıb.

5 həftə ərzində davam edən sessiya müddətində Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun müvafiq sərəncamı ilə imtahanların mövcud normativ sənədlər əsasında təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsi ilə bağlı yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə İmtahan qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası daxil olan müraciətləri araşdıraraq operativ şəkildə müvafiq qərarlar qəbul edib.