Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbəsi ATGTİ-nin idarə heyətinə ən yüksək balla üzv seçilib

Gömrük Akademiyasının tələbəsi ATGTİ-nin idarə heyətinə ən yüksək balla üzv seçilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Fizzə İsmayılova ATGTİ-nin idarə heyətinə ən yüksək nəticə ilə üzv seçilib.

Bakı Gənclər Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının VI Hesabat-Seçki Konfransı baş tutub.

Konfrans öz işinə Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra ATGTİ-nin sədri Pərviz Mirələmli İttifaqın 2020-2022-ci illər üzrə fəaliyyəti ilə bağlı hesabatla çıxış edib, ardınca İttifaqın 2 illik yekun hesabatını özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsində çıxış edənlər İttifaqın dövlət gənclər siyasətinin icrasındakı rolunu, bu istiqamətdə tərəfdaşlarla birlikdə həyata keçirdiyi kütləvi layihələrin əhəmiyyətini qeyd edərək tələbələrin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun şücaəti ilə əldə edilmiş qələbə nəticəsində yaranmış yeni reallıqlara uyğun öz sahələrində daha fəal olmalarının vacibliyini vurğulayıblar.

Tədbirin ikinci hissəsində ATGTİ-nin yeni sədri və idarə heyətinin seçki nəticələri elan olunub. Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Fizzə İsmayılova 61 səslə idarə heyətinin yeni üzvü seçilib.