Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları beynəlxalq elmi-praktik konfransda iştirak ediblər
Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları beynəlxalq elmi-praktik konfransda iştirak ediblər
DİN-in Polis Akademiyasında elmi yaradıcılıq fəaliyyətinin və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 74 illiyinə həsr olunan “Müasir dövrdə insan hüquqlarının təminatının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə BMT-nin İnsan Hüquqları Ali Komissarlığının, Beynəlxalq Qızıl Xaç Komitəsinin, eləcə də respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi və əməkdaşları da iştirak ediblər. Beynəlxalq elmi-praktik konfransa həmçinin Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, Belarus və Qazaxıstan Respublikalarının təhsil müəssisələrinin nümayəndələri də onlayn formatda qatılıblar.
Tədbir iştirakçıları əvvəlcə Akademiyada Ulu öndərin abidəsi önünə gül dəstələri qoyub. Daha sonra tədbirdə Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev insan hüquq və azadlıqlarının üstünlüyünün daxili işlər orqanlarının fəaliyyətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Fasilədən sonra yerli və xarici iştirakçıların “Effektiv araşdırmanın Beynəlxalq və konstitusion aspektləri”, “Milli insan hüquqları institutlarının fəaliyyətini tənzimləyən beynəlxalq norma və prinsiplər”, “Azərbaycanda mediasiya islahatlarının insan hüquqlarının müdafiəsinə müsbət təsiri” və digər mövzularda təqdimatları dinlənilib.
Konfransın yekununda Bəyannamə oxunub, iştirakçılara konfrans materialları, “İnsan hüquqları” adlı dərs vəsaiti, sertifikatlar və hədiyyələr təqdim edilib.