Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında audit mövzusunda seminar keçirilib

Gömrük Akademiyasında audit mövzusunda seminar keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Biznes subyektlərinin fəaliyyətində şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə tədbirlərində auditin rolu” mövzusunda seminar keçirilib. Akademiyanın əməkdaşlarının və tələbələrinin iştirak etdiyi seminar DGK-nın Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəis müavini Vüqar İbrahimli və Audit İdarəsinin Gömrük orqanlarının auditi şöbəsinin baş inspektoru Əhdiyar Ağayev tərəfindən təqdim edilib.

Tədbir iştirakçılarını salamlayan Akademiyanin rəis müavini Cəmilə Namazova korrupsiyaya qarşı mübarizə istiqamətində Akademiyada həyata keçirilən tədbirin əhəmiyyətindən bəhs edərək auditin inkişaf tarixinə qısa nəzər salıb.

Tədbirdə təlimçilər tərəfindən auditin mərhələləri, korrupsiya anlayışı, korrupsiyaya qarşı mübarizədə auditin rolu, gömrük orqanlarında aparılan daxili auditin statistik məlumatları, gələcək məqsədlər və s. barəsində iştirakçılara geniş məlumat verilib.

Sonda auditoriyanın sualları təlimçilər tərəfindən ətraflı cavablandırılıb.