Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsinə dair təlim keçirilib
Gömrük Akademiyasında ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsinə dair təlim keçirilib
Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun müvafiq sərəncamına əsasən gömrük əməkdaşları üçün “Əhali ilə işləmə və ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təşkil edilən ixtisasartırma təlimində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan müvafiq qurumların ümumilikdə 23 nəfər gömrük əməkdaşı iştirak edib. Ölkə vətəndaşlarına və əcnəbilərə yüksək gömrük xidmətinin göstərilməsi məqsədilə keçirilən təlim Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya elmləri doktoru Elxan Bəylər tərəfindən keçirilib.
Təlimin açılış hissəsində çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını salamlayaraq son dövrdə gömrük orqanları tərəfindən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərdən bəhs edib. Q. Novruzov həmçinin vətəndaşların rahatlığının təmin edilməsi istiqamətində DGK-nın təqdim etdiyi elektron xidmətlər barəsində də söz açıb. Təlimin gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını qeyd edən Akademiya rəisi iştirakçılara təlimdən maksimum faydalanmağı tövsiyə edərək tədbir iştirakçılarına uğurlar arzulayıb.
Təlimdə iştirakçılara ünsiyyətin verbal və qeyri-verbal aspektləri, kommunikativ maneələr və onların aradan qaldırılması yolları, stress və onun idarə edilməsi, konflikt – konfliktin profilaktikası, idarə olunması və konfliktdən yayınma mövzuları barəsində ətraflı məlumat verilib.