Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası beynəlxalq forumda təmsil olunub

Gömrük Akademiyası beynəlxalq forumda təmsil olunub

Ukraynanın Dövlət Vergi Universitetinin təşkilatçılığı ilə "Dövlət və özəl sektorun iqtisadi təhlükəsizliyi: əməkdaşlığın yeni fəlsəfəsi" 3-cü beynəlxalq forumu keçirilib.

Ukrayna Respublikası Təhsil Nazirliyi, Ukrayna Vergi Ödəyiciləri Assosiasiyası, eləcə də Qərbi Ukrayna Milli Universiteti, Maliyyə Monitorinqi Akademiyası və Maliyyənin İdarəedilməsi Akademiyasının təşkilatçı qismində iştirak etdiyi forumda Dövlət Gömrük Komitəsinin Akademiyası da təmsil olunub.

Onlayn formatda təşkil edilən forumda digər çıxışçılarla yanaşı, Akademiyanın Gömrük işi və idarəetmə kafedrasının müdiri, i.ü.f.d. Elvin Əlirzayev və Akademiyanın Tələbə Elmi Cəmiyyətinin sədri, Beynəlxalq ticarət və logistika ixtisasının 3-cü kurs tələbəsi Hüseyn Hüseynzadə "Azərbaycanda rəqəmsal idarəetmə sistemi çərçivəsində elektron gömrük xidmətlərinin beynəlxalq ticarətə təsirləri" mövzusunda çıxış ediblər.

Onlar gömrük sisteminin elektronlaşdırılması prosesinin Azərbaycanda xarici ticarətin və gömrük daxilolmaların artımına müsbət təsirindən bəhs edərək, Azərbaycanda elektron hökumət platforması çərçivəsində görülən işlər, xüsusilə də şəffaflığın artırılması üzrə gömrük sahəsində son illərdə aparılan islahatlar və elektron xidmətlər barəsində geniş məlumat veriblər.