Gömrük Akademiyasında beynəlxalq hüquqla bağlı seminar keçirilib
Dekabrın 15-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr üçün beynəlxalq cinayət hüququ ilə bağlı seminar keçirilib. Seminar DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Elnur Aslanov tərəfindən təqdim edilib.
Təlimdə beynəlxalq axtarış, İnterpol çərçivəsində axtarışın həyata keçirilməsi zamanı diqqət ediləsi məsələlər, mütəşəkkil cinayətkarlıq, İNTERPOL-un vasitələri, mərkəzi məlumat bazaları, siyasi cinayət, ekstradisiya və s. haqqında tələbələrə geniş məlumat verilib.
Sonda tələbələrin sualları təlimçi tərəfindən ətraflı cavablandırılıb.